Tural Abbaslı: "Tozsoran satanlar debata gəlmir" - "Nigar Arpadarai, Könül Nurullayeva, Jalə Əhmədova hardasınız?"




"Debata gələnlər day-daysız YAP-çılar olur. Adətən day-daylı YAP-çılar, tozsoran satanlar debata gəlmir. Mənimlə debata özünə inanan hər kəs gələ bilər.  Bu, o demək deyil ki, mən dəhşət bilik filan məsələsini nəzərdə tuturam. Gəl, sadəcə çörəyini yediyin YAP-ı müdafiə et".


Pravda.az xəbər verir ki, bunu AĞ Partiyanın rəhbəri Tural Abbaslı deyib.


"Baxın parlamentdə mebel satan deputat var, amma gəlmir. “Kontakt home”un rəhbəri olan deputat var. Bizim də deputatdır. Maşınının qiyməti 350 min manatdır. Bukletin birinin hazırlanmasına 5 manat verən şəxsdir. Nigar Arpadarai, Könül Nurullayeva, Jalə Əhmədova, holdinq rəhbərləri var. Hardasınız?! Mən indi seçkiqabağı müxtəlif məsələlərlə gündəmə gələnlərin adını çəkirəm. Gəlsinlər, müdafiə etsinlər partiyanı. Yoxdular. Hakimiyyət qalıb Elman Nəsirovun ümidinə. Yenə Siyavuş müəllim şükürlü idi. Elman Nəsirovun, Tağı Əhmədovun, Məlahət Həsənovanın ümidinə qalan parlament vallah, acınacaqlı vəziyyətdədir. 

Sizcə, Tağı Əhmədovun Yasamal rayon təşkilatının, Məlahət Həsənovanın Nəsimi rayon təşkilatının, Sədaqət Vəliyevanın Sabunçu rayon təşkilatının rəhbəri olması lətifə deyil? Mənə lətifə kimi gəlir" - T.Abbaslı əlavə edib. 
 
Qafqazinfo 
Tarix: 20-05-2021, 14:55
Xəbəri paylaş





Xəbər lenti