Robert Sekuta Ağdama gəlir




Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun bərpası bütün bölgənin inkişafına faydalı təsir göstərəcək.
 
Pravda.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib. 10 noyabr 2020-ci il tarixində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı bəyanatı şərh edən keçmiş səfir Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafının bütün bölgəyə fayda gətirəcəyini qeyd edib.
 
O deyib: "Azad edilmiş torpaqlarda nəqliyyat əlaqələrinin inkişafı həm də Türkiyə, Qazaxıstan, Özbəkistanın xeyrinə xidmət edəcək".
 
Bundan əlavə, Robert Sekuta bu həftə sonu Ağdamı ziyarət edəcəyini bildirib.
 
Trend
Tarix: 21-05-2021, 09:03
Xəbəri paylaş





Xəbər lenti