Azərbaycana qarşı Avropa İran, Fələstin həmrəyliyi... -Vüqar Dadaşov


Fələstin-İsrail münaqişəsində kimin haqlı tərəf olduğunu mübahisə etdiyimiz bir məqamda özümüzdə bilmədən iki qarşı qarşı duran hissəsə bölünməyimuzin acı nəticəsini görürürük.
Həqiqət həmişə sadə və göz qabağında olub, bu qədər yaxında olan sadə həqiqətləri görməyənlərin deməli öz qüsurları var. Fələstin-İsrail münaqişəsində ədalətli və haqlı tərəfin axtarışında olanlar yanlış yoldadır, çünki hər bir tərəfin özünün həqiqəti var. Tərəflərin birini seçmək üçün təbii ki, həmin tərəfin seçdiyi prizmadan problemə baxmaq lazım gəlir, ancaq bizim yəni, Azərbaycanın öz baxış bucağı var-o baxış bucağının adı Azərbaycanın milli maraqlarıdır. Kimliyindən, necə deyərlər dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın Milli maraqlarının qorunmaına xidmət edən hər bir kəs, hər bir dövlət bizim dostumzudur və təbii ki, qarşılıqlı olaraq Azərbaycan dostluğa sadiq qalan kimi özünü təstiqləmiş millət və xalqdır. İsrailin Azərbaycan üçün nə qədər önəmili olduğunu son baş vermiş bu üç hadisə təkrar təkrar təsdiqləyir:
-Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəlin Azərbaycan, Türkiyə və Ermənistan haqqında dedikləri, Ərdoğanın Fələstin məsləsinə də Qarabağ məsləsi kimi yanaşmasını tənqid etməsi,
-İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mustaba Zonnuri Azərbaycana qarşı qərəzli açıqlaması,
-Avropa patlamenrinin erməni terrorçularını dəstəkləyən və Bakıda “Hərbi Qənimətlər Parkının” bağlanmasını tələb edən Qətnamənin qəbul edilməsi.
Ermənistan-Azərbaycan qarşıdurması fonunda İranın və Fələstinin Ermənistan sevgisi, Ermənistan-Azərbaycan qarşıdurması fonunda İsrailin Azərbaycan sevgisi Fələstin-İsrail qarşıdurmasında Azərbaycanın məntiqli, əsaslı və haqlı mövqeyini müəyyən edib. Azərbaycanın dost İsrail dövlətinin yanında olmağı təbii zərurətdir.
İranın Azərbaycana xəyanətkar, riyakar və iki üzlü siyasəti barədə olduqca çoxlu təkzibedilməz faktlar mövcuddur və bu haqda təkrar-təkrar yazmağa heç dəymir. Ancaq, mən fikrimi bir cümlədə deyəcəm - Fələstin mənim üçün İran-fars-molla rejiminin anklavıdır. İranın və Fələstinin Ermənistandan heç bir fərqi yoxdur və eləcə də əksinə. Bu məslədə din və inanc öz dəyərində yox, İran-fars-molla rejiminin teokratik üsul idarəsinin saxlanmasına üçün vasitədir. İran islam dövləti deyil, islamı parçalayan əsl şiyəçiliyi iran-fars-molla reyiminin süni yaratdığı şiyəçiliyə difuz etdiyi süni “şiyəçiliklə” idarə olunan “millətlər və xalqlar həbsxanasıdır”. Fələstin isə faktiki olaraq İranın anklavıdır və Azərbaycan üçün heç bir önəmə və dəyərə malik deyil. Əgər bu məslədə İslamı və müsəlmançılığı bayraq edib qəsdimizə duranların müdafiəsini istəyənlər varsa, deməli bu insanlar dediyim kimi qüsurludurlar və onlara fikir vermək lazım deyil.
Azərbaycan üçün heç bir hüquqi qüvvəyə malik olmayan Avropa parlamentinin dünən qəbul etdiyi Qətnamə Ermənistana xristian həmhəyliyinin növbəti nümunəsidir. Bəs həmin o müsəlman İran, Fələstin niyə Azərbaycana qarşı islam həmrəyliyi göstərmirlər?!
1990-cı illərdən bu günə kimi həmin o İsrail Azərbaycan dövlətinin yanında oldu, haqq savaşında dəstək oldu, İsrail lobbisi Azərbaycana olmazın dəstəyini verdi. 44 günlük müharibədə israil və
onun yəhudi lobbisi Azərbaycanın beynəlxalq masştabda təklənməsinə imkan vermədi. Yəhudilər Azərbaycan uğrunda vuruşdular, şəhid oldular. Hal-hazırda da İsrail post müharibə dövründə də Azərbaycanı siyasi və diplomatik mübarizəsində yanındadır.
Avropa xristian birliyinin Azərbaycana qərəzli yanaşması fonunda İsrailin önəmi bizim üçün əvəzsizdir. O ki, qaldı Avropa parlamentinin Qətnaməsinə, həmin qərarın heç bir hüquqi qüvvəsi yoxdur və o sənəd AP-nin növbəti qərəzli, ikili və riyakar siyasətinin nümunəsidir. Bu məsələdə Avropa birliyinin, İranın və eləcədə onun anklav Fələstinin həmrəylyi və Azərbaycan üçün qarşı tərəfin cəbhə xətdidir. Qətnamə bir daha onu göstərir ki, Azərbaycan həmin Azərbaycan deyil və Azərbaycanı haqq yolundan nə Ermənistan, nə Fransa nə də digər mənfur düşmənlər dayandıra bilmir və belə kütləvi şəkildə təzyiqlərə əl atırlar və bu qətnamə Azərbaycanın gücünun etiarfını əks etdirən bir faktdır.
Vüqar Dadaşov,
Siam.az 
Tarix: 22-05-2021, 13:46
Xəbəri paylaş





Xəbər lenti