Rəsmi Bakı məsələ qaldırmalıdır: “Minsk Qrupu nəyəsə cəhd etsə...”





“Şərq TV”-nin “Düzünü deyək” verilişinin növbəti qonağı Azərbaycan Demokrat Partiyasının  sədri Sərdar Cəlaloğlu olub. O, ATƏT-in Minsk Qrupunun son vaxtlar fəallaşması məsələsinə toxunub: 
“Minsk qrupunun Qarabağ məsələsinə münasibət bildirməsi Azərbaycanın daxili işlərinə qarışmaq və beynəlxalq hüququn pozulması deməkdir. Nəinki Minsk qrupu, eləcə də, ayrı-ayrılıqda Rusiya, Fransa, ABŞ və digər dövlətlər də bunu edə bilməzlər. Rəsmi Bakı bu məqamla bağlı konkret məsələ qaldırmalıdır. Dediyim kimi, Minsk Qrupu nəyəsə cəhd etsə, beynəlxalq hüququ pozacaq”. 
Tarix: 2-06-2021, 16:50
Xəbəri paylaş





Xəbər lenti