Putini və Baydeni sövdələşməyə məcbur edən nədir?


“Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski gözlənilən Putin və Bayden görüşü barədə verdiyi açıqlama daha doğrusu, “Putin və Bayden dünyanı böləcək” ifadələri müasir dövr üçün xəstə təfəkkürün təzahürü kimi qiymətləndirilməlidir. Kremlin danışan dili kimi özünü təsdiqləmiş Jirinovskinin dedikləri əsl həqiqətdə ABŞ və Rusiya prezidentlərinin müzakirə edəcək əsas mövzunu kölgədə qoymaq və hədəfi rəngləmək məqsədi daşıyır. Hər iki dövlətin, Putinin və Baydenin hədəfi məhz Çindir. Görüşün əsas hissəsi məhz Çinin müzakirəsi olacaq.”
Siam.az xəbər verir ki,bunu hüquqşünas, MCP-nin SŞ-nın üzvü Vüqar Dadaşov ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünə münasibət bildirərkən deyib. Vüqar Dadaşov fikrini belə davam etdirib:
“Əvvəla qeyd edim ki, publik siyasətin ən azı üçdən çox sifəti var: birincisi daxili auditoriyaya hesablanmış açıqlama, qarşı tərəf üçün acılama və beynəlxalq ictimaiyyət üçün açıqlama. Jirinovskinin “Putin və Bayden dünyanı böləcək” ifadələri məhz üçüncü kateqoriyaya aid açıqlamadır və təbii ki, Rusiyanı dünya hegemonu kimi təqdim etmək, xof yaratmaq və görüşün əsl məqsədini gizlətməkdir.
Sözsüz ki, son dövrlərdə beynəlxalq arenada baş vermiş bəzi proseslər ABŞ və Rusiya üçün hədəfin Çin olduğunu göstərir. Çin və İran arasında 25 illik müddətə imzalanmış razılaşması Rusiyanı və ABŞ-ı sövdələşməyə məcbur etdi. Təcrid olunmuş və barəsində sanksiyalar tətbiq edilmiş İranın Çinlə əlaqəsi ABŞ-ı xarici siyasətində müəyyən dəyişikliklərə məcbur edib. İlk öncə İranın daha ucuz enerji daşıyıcıları dünya iqtisadi nəhənginə çevrilən Çin üçün daha sıçrayışlı inkişafa imkan yaradır, İran isə sanksiyalar əhatəsində Çinlə əldə etdiyi razılaşma onun üçün göydən düşmə və eləcədə Çinin İran üçün əhəmiyyətini kəskin şəkildə artırmış olur. Əgər fikir versək görərik ki, İran və Çin arasında 25 illik razılaşmadan sonra ABŞ İrana qarşı siyasətində yumşalmalar etdi və hətta bu ilin martından İrandan neft almağa başladı hansı ki, 1991-ci ildən ABŞ İrandan neft almağı dayandırmışdı və sonuncu dəfə də 2019-cu ildə ABŞ İrandan neft idxal edən Çin şirkətlərinə əlavə sanksiyalar da tətbiq etmişdi. Əlavə olaraq qeyd edim ki, Çin xarici ticarət əlaqələrində əsas istifadə etdiyi özünün milli valyutası Yuan-dır və son statistik məlumata görə Cin yuanı dünya valyutası kimi ABŞ dollarını üstələmək üzrədir. Çin faktiki olar “iqtisadi işğal” formulu ilə dünya iqtisadiyyatını udur və təbii ki, bunun əvvəl axır siyasi nəticələri olacaq.
Yüksək templə inkişaf edən, əhalisi və iqtisadiyyatı üçün daha geniş ərazilərə zəruri ehtiyacı olan Çin təbii ki, ilk növbədə ucsuz-bucaqsız boş ərazilərə malik olan Rusiya üçün təhlükədir. Əvvəllər qeyd etdiyim kimi, Rusiya dövləti və suverenliyi üçün real təhlükə yaradan məhz Çin dövlətidir. Maraqlı faktlardan biridə odur ki, artıq Çin Rusiyanın Uzaq Şərqini, Sibirini “sülh ekspansiyası” ilə nəzarətə götürüb və təbii ki, qeyd edilənlər Rusiyanı narahat etməyə bilməz.
Əminliklə demək olar ki, Putin və Bayden görüşünün əsas mövzusu Rusiya və ABŞ-ın Çinə qarşı mümkün birgə hərəkətlərin müzakirəsi olacaq. Sözsüz ki, görüşdə Yaxın Şərq, Ukrayna, Qafqaz və bir sıra digər məsələlər müzakirə edilə bilər. Ancaq görüşdə ABŞ-ın və Rusiyanın Çinin “iqtisadi işğal” və “sülh ekspansiyası”na qarşı birgə tədbirlərin tətbiqi və koordinasiyası müzakirə olunacaq.
O ki, qaldı Jirinovskinin məlum ifadəsinə - dünya nəinki 2-dən böyük, dünya BMT TŞ-nın üzləri olan beşlikdən də daha böyükdür və faktiki olaraq Türkiyə, Pakistan, İsrail, Hindistan kimi güclərinin də öz maraq dairələri var və hansı ki, artıq heç mübahisələndirilmir də.”
Siam.az
Tarix: 3-06-2021, 09:43
Xəbəri paylaş





Xəbər lenti