Xamenei Zəngəzur dəhlizinə qarşıdır - "Ermənistanın maraqlarına cavab vermir"

Xamenei Zəngəzur dəhlizinə qarşıdır -


Hurriyyet.az xəbər verir ki, erməni mətbuatının yazdığına görə, İranın ali dini lideri Seyid Əli Xamenei iyulun 30-da Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüş zamanı bu mövqedə olduğunu bildirib. Bu barədə "Sputnik Ermənistan" agentliyi məlumat verib.
"İran bu gün" "Teleqram" kanalına istinadla yayılan məlumata görə, Xamenei deyib: "İran əvvəlki kimi hesab edir ki, Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir". Xamenei Ermənistanın ərazi bütövlüyü məsələsinin İran üçün mühüm olduğunu vurğulayıb, xarici dövlətlərin qonşu ölkələr arasındakı münasibətlərə qarışmamalı olduğunu deyib.
Tarix: 30-07-2024, 22:11
Xəbəri paylaş





Xəbər lenti