Hər gün bir stəkan alma şirəsi içsəniz...

Hər gün bir stəkan alma şirəsi içsəniz... Dadlı və ətirli alma şirəsi çox faydalı, müalicəvi məhsuldur.

Axşam.az xarici KİV-ə istinadən alma şirəsinin faydalarını təqdim edir:

- orqanizmi toksinlər, şlaklar, ağır metalların duzları, sərbəst radikallardan təmizləyir;

- orqanizmin tonusunu qaldırır ki, insan özünü daha gümrah hiss edir;

- damarları təmizləyir, möhkəmləndirir, daha elastik edir;

- ürəyi möhkəmləndirir;

- həzm proseslərini yaxşılaşdırır və sürətləndirir;

- arıqlamağa kömək edir;

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir;

- qanazlığı zamanı faydalıdır;

- sidik və ödqovucu təsirə malikdir;

- sinir sisteminə müsbət təsir edir, stressi azaldır;

- soyuqdəymənin profilaktik vasitəsidir.

Onu da qeyd edək ki, orqanik turşularla zəngin olan alma şirəsi qastrit və xora xəstəliyi zamanı ziyanlıdır.
Tarix: 3-01-2017, 22:10
Xəbəri paylaş





Xəbər lenti