Yarısı əlil, yarısı zəlil, nazirimiz də SAHİL Babayev …- Sahil Babayevlə Mətanət Məmmədovanın işbirliyi….



Yarısı əlil, yarısı zəlil, nazirimiz də SAHİL Babayev …- Sahil Babayevlə Mətanət Məmmədovanın işbirliyi….

Avtoqəzada əlil olanların sayına görə, Azərbaycan dünyada birincidir…

Hər il Azərbaycanda  553  nəfər əlil  uşaq doğulur…

Sovet  dövründə eşitdiyim  maraqlı bir ifadə yadıma düşdü:
Yarısı əlil, yarısı zəlil, şairi də......Xəlil.
Əlbəttə, bunu ciddi  arqument kimi qəbul etmirik. Amma...
Əmması odur ki, illər öncə Gündəlik-Bakıda yazdığımız “Bu yollar bizi hara aparır: Mənzil başına, yoxsa qəbristanlığa..?”  başlıqlı yazıda dediklərimizi yada saldıq. 
Bəli, 2 gün öncə Azərbaycan  Statistika Komitəsinin rəsmi məlumatını oxuyanda dəhşətə gəldik. 
Təsəvvür edirsiniz, Azərbaycan  avto-yol qəzalarında  ölən və yaralanan, zəlil olanların sayına görə dünyada az qala birincidir. Bu rəsmi statistikadır haa...jurnalist uydurması deyil...
Bunun üzərinə  başqa bir  rəsmi  rəqəmi də gələk...
Rəsmi açıqlamaya görə, hər il Azərbaycanda  553  əlil uşaq dünyaya gəlir...
Bax, ona görə biz illər öncə Gündəlik-Bakıda yazdıq ki, yollarda ölənlər, Qarabağ müharibəsində şəhid olanlardan qat-qat çoxdur. 
Onda yazdıq ki, şəhid olanın təsəllisi var ki, vətən uğrunda şəhid oldu, bəs yollarda təsadüfi  qəzalardan ölənlərin doğmaları nədən təsəlli tapsın...
Bu uzun girişin səbəbi odur ki, müxtəlif səbəblərdən, yolda, qəzada, Qarabağ müharibəsində, yaxud iş yerində, tutaq ki, anadan gəlmə əlil olanların problemi bütün dünyada  var. Bu məsələ təzə deyil, bütün dövlətlərdə əlillərin problemi ilə ciddi məşğul olunur. 
Və bu məsələ konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həll edilir. 
Daha doğrusu, nazirliyin nəzdində Dövlət Tibbi- Sosial  Ekspertiza və Reabilitasiya Xidməti  ( DTSERX ) deyilən qurum var, yəni “Qosslujba”. Balaca qurum deyil ee, nazirliyə bərabər qurumdur. Onun da tabeçiliyində Tibbi-Sosial Ekspert Komissiyası  (TSEK)  deyilən altqurum var. 
Bütün problemlər, rüşvət və korrupsiya halları burada baş verir. 
Loru dildə desək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “əlillərin və imkansız insanların nazirliyidir”. 
Allah qoymasa  bu nazirliyə 6 il  rəhbərlik etmiş şəxs, yəni Səlim Müslümov  az qala 2 ildir həbsdədir...
İndi özünüz əlillərin və sosial təminata ehtiyacı olanların durumunu təssəvvür edin. 
Yeri  gəlmişkən, Səlim Müslümovun, yaxud indiki nazir Sahil Babayevin  yerinə bir əlili, yaxud zəlili nazir təyin etsəydilər, bəlkə də bu gün vəziyyət  daha effektli olardı. 
Nə isə  sabiq nazir Səlim Müslümovun dövründə  saxta əlillik məsələsinə görə,  son 2 ildə minlərlə insanın əlillik statusu ləğv edilib. 
Birincisi, bu saxtakarlığı  dövlət qurumları edibsə, vətəndaşın nə günahı..? 
İkincisi, hətta  Qarabağ  müharibəsində ayağını itirmiş qazini yenidən komissiyaya çağırıb  günlərlə, bəzən aylarla get-gələ salırlarsa, bunun günahı kimdədir..? 
Bu gün Azərbaycanda az qala anektoda  çevrilən bir məsələ var. 
Qazini çağırıb kəsilən ayağının uzanıb-uzanmadığını yoxlayırlar, dizdən aşağı, yoxsa dizdən yuxarı məsələsini qabardırlar...
Görəsən  “Əmək nazirliyi”ndə oturanlar başa düşmür ki, kəsilən ayaq necə uzana bilər..? 
Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazir  kreslosuna  əyləşdiyi  4 il müddətində ölkə əhalisinin əlil, şikəst, təqaüd, sosial yardım alan və təqaüd almalı olan kəsiminin vəziyyətini daha da ağırlaşdırıb. 
Bununla da o, əlil insanların ailəsini ac qoyub, özlərini isə intihar həddinə çatdırıb. Bu yolla dövlət büdcəsindən ayrılan vəsaitə "qənaət" edərək, əlillərə zülm etməkdən belə, çəkinmir.
Əlil vətəndaşlar yazır ki, nazir kürsüsünə əyləşən gündən Sahil Babayev xalqa divan tutur, millətin sosial müdafiəyə möhtac olan kəsimini daha ağır duruma salmaq üçün əlindən gələni əsirgəmir. 
Və bütün bu işləri  Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Mətanət Məmmədovanın əli ilə edir. 
Əlil statusu olan şəxslər  Ekspertiza Mərkəzinə çağrılır  və rüşvətin qarşılığında yenidən ya əlil olurlar, rüşvət verməyənlər isə “sağlam” olurlar, onların əlillik statusu ləğv edilir. 
Məlumatlı şəxslər yazır ki, Sahil Babayev nazir olan kimi nazirliyin peşəkar əməkdaşlarını  və mütəxəssis kadrları işdən uzaqlaşdırdı və  yerinə  təcrübəsiz qohum - əqrabasını, tələbə yoldaşlarını, pivə və domino həvəskarı olan dostlarını gətirdi. 
Sahil Babyevin nazir olduğu dönəmdə xeyli sayda Qarabağ əlili vaxtından əvvəl dünyasını dəyişdi.
Hələ bu harasıdır..? 
Sahil Babayevin Dünya Bankından alınan  17 milyon  dolları  necə silməsi, məşğulluq adı altında dövlətin ayırdığı milyonları kimlərsə xəstə inək verməklə mənimsəməsi və s barəsində növbəti yazıda bəhs edəcəyik. 
Yazıda müxtəlif saytların materiallarından istiafdə edilib. 
Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq.




https://gundelik-baku.com/manshet/51319-yarisi-elil-yarisi-zelil-naziri-de-sehl-babayev-her-il-azerbaycanda-553-nefer-elil-ushaq-dogulur.html
Tarix: 21-04-2022, 13:15
Xəbəri paylaş





Xəbər lenti