Qazilər “YAŞAT” Fondu qarşısında aksiya keçirdi - ETİRAZ


Bir qrup Vətən müharibəsi qazisi “YAŞAT” Fondu qarşısında etiraz aksiyası keçirib.
DİA.AZ "Meydan TV"yə istinadla xəbər verir ki, aksiya iştirakçıları Türkiyədə mülaciə alan qazilərin Azərbaycana göndərilməsinə etiraz etdiklərini bildiriblər.
Aksiyaçılar qeyd edir ki, Türkiyədə olan qazilərin müalicələri yarımçıq saxlanılaraq Azərbaycana göndərilirlər.
Fondun rəsmisi aksiya iştirakçıların suallarını cavablandıraraq bildirib ki, qazilər mütəxəssislərin rəyi əsasında Türkiyəyə müalicəyə göndərilib və onların rəyi əsasında da geri qayıdacaqlar.
Qeyd edək ki, daha əvvəl Türkiyədə müalicə alan qazilərin şikayəti barədə və “YAŞAT” Fondundan bu şikayətlərə verilən reakisya barədə xəbər vermişik.
Tarix: 25-04-2022, 12:02
Xəbəri paylaş





Xəbər lenti