Ağalar Vəliyevin tikdirdiyi binalardan sakinlərin -Şikayəti




“Qobu Park” da içməli su problemi artıq illərdir ki, mövcuddur. Biz 5-ci ildir ki, ora köçmüşük. Su çəkilib, sadəcə olaraq nasosxanada filter yoxdur ki, onu süzüb bizlərə versinlər. Su birbaşa Ceyranbatandan necə gəlirsə onu da evlərə verirlər. Arxdan axan kimi palçıqlı gəlir. İçməli deyil. Su ilə işləyən kombi, paltaryuyan, qabyuyan maşın və digər məişət avadanlıqlarımız artıq sıradan çıxıb. Görün təmiz suyun olmaması bizi necə problemlərlə üz-üzə qoyub”.
Bunu  açıqlamasında Qobu Park 3 yaşayış massivinin sakini Əmir Quliyev deyib.
Digər sakinlər isə bildiriblər ki, ayda ortalama 50-55 manat, yay aylarında isə bu məbləğin ikiqatı dəyərində içməli su almaq üçün pul xərcləyirlər.
“AZƏRSU” ASC-yə də müraciət etmişik, təəssüf ki, hələ problemin həlli istiqamətində müsbət cavab almamışıq. 20 litr qabla suyu 5 manata alırıq. 5 ildir əziyyət çəkirik. Bəzən isə övladlarımız gedib maşınla hardansa gətirirlər. 3 qəsəbənin üçü də içməli suyu pulla alır. Bu yayın istisində, cırhacırında görəsən biz sakinləri düşünən olacaq? Ümid edirəm ki, sizin vasitənizlə aidiyyatı qurumlar məsuliyyət hiss edib, bizə kömək edəcəklər”, – deyə sakin bildirib.
XALQ.AZ xatırladır ki, sözügedən ünvanda bir müddət əvvəl yaşadıqları binaların əyildiyini idda edən vətəndaşlar diqqət mərkəzinə gəlmişdi… İndi isə digər problemlər… Görünəni odur ki, başında deputat Ağalar Vəliyevin dayandığı “Kristal Abşeron”un inşa etdiyi binalarda PROBLEMLƏR DAİMİDİR… tükənməzdir… 

Tarix: 21-06-2024, 22:09
Xəbəri paylaş





Xəbər lenti