Xarici şirkətin Azərbaycan nümayəndəliyi bədbəxt hadisənin baş vermə faktını gizlədib?


"Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi" şirkətinin Azərbaycandakı filialına inzibati protokol yazılıb.
 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.3-cü (Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.
Tarix: Dünən, 08:30
Xəbəri paylaş





Xəbər lenti