Aysel Əlizadə Bahar Muradovaya: - "Yorğanı da qısadı, Zorla çatır dizinə..." (ŞEİR)

Aysel Əlizadə Bahar Muradovaya: - "Yorğanı da qısadı, Zorla çatır dizinə..." (ŞEİR) Tərcüməçi-yazar Aysel Əlizadə Milli Məclis sədrinin müavini Bahar Muradovaya şeir yazıb

Siam.az moderator.az-a istinadən həmin şeiri təqdim edir:

"Bahar Muradovaya

Özümdən tonqal çatsam,
Yanarmı dərd gözünəcən?
Mən canımı qalasam
Od çıxar göy üzünəcən...
Çağırsam dərdi olanı
Ruhu yaralı bədəni
Ağrıdan ağlı öləni
Üstümdən atsam, dirilər?
Çoxdan yorgundu, yorğun
Nəfəsi itir xalqın
Canı çıxır ağzından
Qurban olsam, dirilər?
Gözləri açıq yatır,
Dərdi girir gözünə.
Yorğanı da qısadı,
Zorla çatır dizinə.
Başındakı çəkici
Çıxart, çıxarda bilsən
Döyəc-döyəcdi içi
Sağalt, sağalda bilsən.
Günəş sönür ölkənə...
Xalqının bu gününə
Ağla, ağlaya bilsən,
Sən canın, yoxsa, dəymə.
Sabir demiş, “ölür ə!”.

Siam.az
Tarix: 6-01-2017, 15:51
Xəbəri paylaş





Xəbər lenti