Samir Şərifov haqda tənqidi yazılar niyə “yoxa çıxıb”?

Samir Şərifov haqda tənqidi yazılar niyə “yoxa çıxıb”? “Keçən ilin son iki ayında minlərlə əlilin pensiyası kəsildi. Noyab-dekabr ayında əlillərin məvacibləri yarıbayarı azaldıldı və dekabrın sonunadək ödənmədi”.

Bu barədə Tərəfdar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, kifayət qədər ciddi problem haqda təəssüf ki, çox az sayda media yazıb: “Bir-iki saytda gördüm bu haqda yazıldığını, halbuki söhbət minlərlə 1-ci, 2-ci və 3-cü qrup insanın mənafeyindən gedirdi söhbət. Onlara guya nə pensiya verilir ki, cəmi 120-140 manat alırlar zatən. Onu da kəsib yarı-yarı vermək insafdan deyil. Müəllimlərin, həkimlərin əməkhaqları da həftələrlə gecikmə ilə verilir, amma yazan, etiraz edən yoxdur”.


Tərəfdar.az-ın araşdırması zamanı məsələ ilə bağlı maraqlı faktlar məlum olub. Belə ki, pensiyası kəsilən əlillərdən birinin saytımıza bildirdiyinə görə, onlar pensiyaların aldıqları bankla və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə maraqlanıblar, məlum olub ki, pensiyalarının kəsilən hissəsi Maliyyə Nazirliyi tərəfindən ödənəndir. Tərəfdar.az-a o da məlum olub ki, medianın bundan yazmama səbəbi adıçəkilən nazirlik tərəfindən KİV-in “ələ alınması”dır. Bu barədə bizi məlumatlandıran mənbənin dediklərindən: “Onlarla sayta, qəzetə külli miqdarda vəsait ödənib ki, nə maliyyə naziri Samir Şərifovun “qara bazar” əməliyyatlarından, nə də maaş və pensiyaların kəsilməsindən yazmasınlar. Fikir versəniz görərsiniz ki, son dövrlər onun haqqında həqiqətən də bir kəlmə tənqid yazılmır, çox az sayda media bu cür yazılara yer verir”.

Qeyd edək ki, S.Şərifovun adı istər “Beynəlxalq Bank işi”, istərsə də “qara bazar” əməliyyatları çərçivəsində olduqca böyük məbləğdə vəsaitlərin dövlət büdcəsindən yayındırılmasında, böyük maxinasiyalarda hallanır. Bir neçə ay əvvələdək mediada bu barədə yazılara geniş yer verilirdi, lakin son vaxtlar gerçəkdən də qeyd edilən mövzularda yazılara az-az rast gəlinməyə başlayıb ki, bu da yuxarıda bildirilənlərin gerçəkliyinə olan şübhəni azaltmış olur. Mövzu ilə bağlı daha geniş araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik.

Yazıda irəli sürülən iddialarla bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Tərəfdar.az
Tarix: 13-01-2017, 07:17
Xəbəri paylaş





Xəbər lenti