Məcburi köçkünün evinə sahib olmaq istəyən Milli Qəhrəman kimdir?

Məcburi köçkünün evinə sahib olmaq istəyən Milli Qəhrəman kimdir? Yanvarın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsi, ev 4, mənzil 2-də yaşayan Rahib Yamil oğlu Məmmədov mətbuat konfransı keçirib.

Hüquqlarının pozulduğunu iddia edən Rahib Məmmədov bu haqda Ramiz Mehdiyevə, Oqtay Əsədova, Fuad Ələsgərov, Fikrət Məmmədova, Ramil Usubova, millət vəkili Əli Hüseynliyə dəfələrlə müraciət edib. İndi isə mətbuat vasitəsi ölkə ictimaiətinə səslənmək məcburiyyətində qalıb.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarını Konstutisiya Məhkəməsi niyə ləğv edib?
Məhkəmələrdə hüquqlarını müdafiə edən müdafiəçi Tahir Əlirzayev media nümayəndələrinə Rahib Məmmədovun başına gələnlərlə tanış edib: “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26.09.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Əzizbəy-KM MMC ilə Məmmədov Mövsüm Şahin oğlu arasında Bakı şəhəri Xətai rayonu, Xocalı küşəsi 2347-4-cü məhəllədə inşa olunmuş binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən sahəsi 135, 58 km.m olan 3 otaqlı 236 saylı mənzilə dair bağlanmış 07.06.2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilib. Məmmədov Mövsüm Şahin oğlunun Bakı şəhəri Xətai rayonu, Xocalı küşəsi 2347/78 məhəllədə inşa olunmuş binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən sahəsi 135,58 kv.m olan 3 otaqlı 236 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq, ona – Məmmədov Rahib Yamil oğlunun sahibliyinə verilməsi vəzifəsi Əzizbəy-KM MMC-yə həvalə edilmiş, Əzizbəy-KM MMC-nin qarşılıqlı iddiası təmin edilməmişdir.

Həmin qətnamədən cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Əzizbəy-KM MMC tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin 27.01.2015-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlıb. Ali Məhkəmənin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli qərarı ilə şikayət təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılıb. Qərar qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Bundan sonra həmin iş üzrə cavabdeh qismindən cəlb edilmiş, mübahisəl mənzilin faktiki istifadəçisi olan Məmmədov Mövsüm Şahin oğlu AR Konstitusiya Məhkəməsinə şikayət edərək, mülki iş üzrə qəbul edilmiş qərarların yoxlanılmasını xahiş edib.


AR Konstitusiya Məhkəməsi Plenumun 24 iyun 2016-cı il tarixli qərarı ilə AR Ali Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, Ali Məhkəmənin Plenumunun 16 sentyabr 2016-cı il tarixxli Azərbaycan Respublikası Ali məhkəməsinin 25 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Mülki iş üzrə yeni apellyasiya baxışı zamanı Mövsüm Məmmədov tərəfindən yeni iddia ərzəsi verilib, ərizə məhkəmə tərəfindən icraata qəbul edilib, hazırda həmin iddiaya da baxılır”.

“Füzulidəki əmlakımı erməni qəsb edib, Bakıdakı evimi isə Milli Qəhrəman…”
Rahib Məmmədov min əziyyətlə əldə etdiyi vəsaitlə aldığı evin əlindən alınmasını həzm edə bilmir. O, açıqlamasında Mövsüm Məmmədovun Milli Qəhrəman olmasından sui-istifadə edirək onun əmlakına sahib olmaq istəməsini bildirib. “Qanunvericilik bərabərlik prinsipini təmin edib. Belə olan halda Mövsüm Məmmədovun Milli Qəhrəman olması işin nəticəsinə təsir etməməlidir. Ancaq Mövsüm Məmmədov bütün ərizə və şikayətlərində buna istinad edir, bununla da məhkəməyə təzyiq etmək istəyir. Halbuki, bu yol verilməzdir. Digər tərəfdən isə Mövsüm Məmmədovun ərizə və şikayətlərində az qala belə bir nəticə çıxır ki, çox fağır və yazıq adamdır, çətin vəziyyətdə yaşayır. Halbuki, hüquq-mühafizə orqanlarında yüksək vəzifəli şəxs olduğu hamıya məlumdur. Mübahisəli mənzilin təmirinə çəkdiyi xərc də onun “kasıb” olmadığının göstəricisidir. Məhkəmədən bu cür güzəştlər tələb etməli şəxs isə əslində, mən olmalıyam. Mən Fizuli rayonundan məcburi köçkün ailəsi olaraq, min bir əziyyətlə topladığım pullara həmin mənzili almışam. Himayəmdə əmək qabiliyyəti olmayan və himayəsiz yaşaya bilməyən qardaşım var. Mən onunla birlikdə yaşamağa məcbram. O, ruhi xəstədir, istənilən vaxt az yaşyaşlı uşaqlarım üçün təhlükəlidir. Bütün bunlar azmış kimi, 2009-cu ildən pulumu ödəyərək aldığım mənzili əldə edə bilmirəm”,-deyə Rahim Məmmədov bildirib.

Sonda Rahib Məmmədov mətbuat vasitəsi ilə ölkə prezidentinə müraciət edib: “Mövsüm Məmmədovun Milli Qəhrəman adından və hazırda tutduğu vəzifdən sui-istifadə edərək məhkəməyə təsir etməyə çalışır. Bu da tərəf olaraq məni əlverişsiz vəziyyətə salır. Ona görə də Sizə müraciət edirəm. Mənim Füzuli rayonunun Dədəli kəndində olan mülkümdə indi hansısa erməni məskunlaşıb. Bakıda aldığım evi isə sizin atanızın Milli Qəhrəman adı verdiyi Mövsüm Məmmədov ələ keçirmək istəyir. Hüquqlarımın qorunmasına və bərpa olunmasına kömək edin. Qeyd olunanları nəzərə alaraq, mənim Əzizbəy-KM MMC və Mövsüm Məmmədova qarşı iddia tələbim üzrə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan mülki işdə obyektiv araşdırmanın təmin edilməsi və ədalətli qərar qəbul edilməsinə kömək edin”.

Qeyd edək ki, Milli Qəhrəman Möhsüm Məmmədov Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır. Polis mayorudur.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Məmmədov Mövsüm Şahin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı veriib.
Təzəxan
Tarix: 20-01-2017, 10:27
Xəbəri paylaş





Xəbər lenti