Qarabağ veteranından Ali Baş Komandana şikayət- "Azəriqaz"dan

Qarabağ veteranından Ali Baş Komandana şikayət- "Azəriqaz"dan AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI CƏNAB İLHAM ƏLİYEVƏ

SÜRƏTİ:

SOCAR-ın prezidenti RÖVNƏQ ABDULLAYEVƏ

QUSAR RAYON İCRA HAKİMİYYƏTİNƏ

Laçın rayonundan məcburi köçkün, Qusar rayon, Aşağı Ləyər kəndində müvəqqəti yaşayan Qarabağ müharibə veteranı Novruzov Rafail Xəlil oğlu tərəfindən Miq.Az-a daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:

Ə r i z ə

Hörmətli Cənab Prezident !

Sizə müraciət etməklə bildirmək istəyirım ki, ailəmiz və mən Laçın rayonundan məcburi köçkünük. 1992-ci ildən müvəqqəti Bakı şəhərində məskunlaşmışıq. Mən və həyat yoldaşım Qarabağ müharibəsi veteranıyıq. Biz Bakıda səhhətimizlə əlaqədar yaşamaqda çətinlik çəkirik. Bu səbəbdən də Qusar rayon Aşağı Ləyər kəndində yaşamaq istəyirik, Qusar rayon rəhbərliyi bu istiqamətdə bizə əlindən gələn köməkdarlığı etdi. Buna görə ilk növbədə cənab Ali Baş Komandan İlham Əliyevə və Qusar Rayon İcra başçısına minnətdarlığımı bildirirəm.

Lakin Azəriqaz rəhbərliyi mənim mənzilimdən 200 metr məsafədə olan qazın çəkilməsində öz köməkdarlığını etmir. Hal-hazırda bizim evə qaz xəttinin çəkilməsinə ehtiyyac var. 12.07.2016-cı il tarixdən müraciətimə baxılmır. Bu səbəbdən də Sizə müraciət edirik ki, bizim səhətimizi və ailə vəziyyətimizi nəzərə alaraq, qazla təmin olunmağımızda bizə kömək etmək üçün tapşırıqlarınızı verəsiniz.

Hörmətli, Cənab Prezident !

Xahiş edirəm ki, mənim və həyat yoldaşımın Qarabağ müharibə vetetanı olmağımızı və səhhətlərimizi nəzərə alaraq, Qusar rayon Aşağı Ləyər kəndində yerləşən evimizin qazla təmin olunmağımıza köməkdarlıq edəsiniz.

Azəriqaz məni məcbur edir ki, məhkəməyə müraciət edəm.



Tarix: 23-01-2017, 22:58
Xəbəri paylaş





Xəbər lenti