Hadı Rəcəblidən növbəti “aforizm”: “Məcburi köçkünlər pəncərəni açıq qoyurdular”

Hadı Rəcəblidən növbəti “aforizm”: “Məcburi köçkünlər pəncərəni açıq qoyurdular” “Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarından istifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ölkə başçısının məcburi köçkünlərlə bağlı sərəncamını modern.az-a şərh edərkən belə deyib.

Hadı Rəcəbliyə görə, ölkə başçısının sərəncamı qismən də olsa məcburi köçkünlərin israfçılığının qarşısını ala bilər.



“Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmri alan gün ərizə yazaraq, ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq. Onun buna mənəvi cəhətdən haqqı yoxdur. Belə adamlar bu gün çoxdur”.

Komitə sədri bildirib ki, bu sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək.

“Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yeməkpulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”, deputat deyib.
Tarix: 26-01-2017, 20:41
Xəbəri paylaş





Xəbər lenti