“Qaçqınkom” sәdrinin ekzotikası

“Qaçqınkom” sәdrinin ekzotikası Rafiq Manaflı

Bu statusun obyekti olduğu üçün əvvəl istədim ki, “Qaçqınkom” sədri deyilən yağlı-piyli vəzifənin sahibi Əli Həsənovun şəklini əlavə edim. Şəklini tapdım da. Amma bu, hətta şəkildə belə öz qara aurası ilə ətrafı zülmətə bürüyən mürdəşir sifətli humanoidin mordasını gördükdə əhvalım pozuldu.


İndi üstündən üç saat keçib, daha bu insanabənzərin şəklinə baxmayacağam. Elə işlətdiyi bir cümlə var ki, hər kəlməsi xalqa və özünə həqarətdir, həmin cümləyə münasibət bildirəcəyəm. Deyib : “Prezidentin sərəncamı bizə imkan verir ki, qayıdış proqramını təcrübədən keçirək”.

Düzü mən prezidentin hansı sərəncamından söhbət getdiyini dəqiq bilmirəm və bu məni heç maraqlandırmır da. Prezidentin son bir ildə vermədiyi boş-boş sərəncam qalmayıb. Prezident sərəncam verib sözünü eşidən kimi xalq başını tutub göyə baxır ki, bu daş onun başına düşməsin. Amma daşların sayı çoxalıb, başını qorumaq getdikcə çətinləşir.

Söhbət, birincisi, prezidenti və ikincisi, onun sərəncamını vecinə almaqdan gedir. Mən bu iki şeyi bir yerdə və ya ayrı-ayrılıqda umuruna alan nazir-məmur görməmişəm.

Cümlənin ikinci hissəsi isə artıq ekzotikadır – qayıdış, proqram, təcrübə.

Qayıdış yumoreskadır, sıçrayış tipli. Amma ələ salınan xalqdır. Proqram, adını eşidib üzünü görmədikləri, mahiyyətini qanmadıqları sirrli bir məfhumdur. Təcrübə isə bəladır, allahın bu xalqa göndərdiyi bəla. Allah bu iqtidarı, başımızda gic-gic təcrübələr həyata keçirmək üçün bizə cəza olaraq göndərib.
Günahımız da başımızı qoruya bilməməyimizdir.

P.S. Ruslarda bir söz var – “Дремучая тупость”. Bütün yazı boyu o ifadənin adekvat tərcüməsini tapa bilmədim ki, ürəyimi boşaldım.

Yazı müəllifin facebook səhifəsindən götürülüb
Tarix: 29-01-2017, 09:06
Xəbəri paylaş





Xəbər lenti