Sabunçu rəisi sahibkarın həyatını zindan edib: “Cənab Ramil Usubov, kömək edin”

Sabunçu rəisi sahibkarın həyatını zindan edib: “Cənab Ramil Usubov, kömək edin” Bakı sakini Babayev Tərlan Tofiq oğlu Politika.Az-a məktub yazıb

O, Daxili İşlər Naziri cənab Ramil Usubova müraciətində üzləşdiyi haqsızlıqla bağlı köməklik göstərilməsini xahiş edib.

Müraciəti olduğu kimi təqdim edirik: “Sizə şikayətimin səbəbi Sabunçu RPİ-nin rəisinin qanuni icarə hüququ əsasında istifadəmizdə olan və xırda ticarət fəaliyyəti ilə məşğul olduğumuz Yeni Ramana hissəsindəki torpaq sahəsini ələ keçirmək üçün bizə qanunsuz müdaxilələr etməsi, müavini və post patrul vasitəsi ilə ərazidə işləyən şəxsləri oradan çıxarması, sonda isə əsassız olaraq bizim barəmizdə cinayət işi başlamasıdır.


Nəzərinizə çatdırım ki, mən, Babayev Tərlan Tofiq oğlu atam ilə birlikdə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində 99 illik icarəyə götürdüyümüz torpaq sahəsində xırda ticarət (tikinti materialı kimi qum, alqı-satqısı) fəaliyyəti ilə məşğul oluruq.

Həmin torpaq sahəsinə olan icarə hüququ dövlət reyestrində rəsmi qeydə alınmış, çıxarış da əldə edilmişdir. Sabunçu RPİ-nin rəisi isə müavin və post patrul vasitəsi ilə bizim fəaliyyətimizə qanunsuz olaraq müdaxilə edir, məqsədi də həmin torpaq sahəsini ələ keçirməkdir”.

T.Babayev qeyd edib: “Hətta, rəis SOCAR-ın Neft Kəmərləri İdarəsinin əli ilə də olsa həmin torpaq sahəsini ələ keçirəcəyini də bildirməklə də dəfələrlə təhdidlər etmişdir, guya ki, həmin idarənin müvafiq sənədləri ilə həyata keçirilən kiçik ticarət fəaliyyətinin qanunsuz olması və neft kəmərlərinin mühafizə zolağına təsir etməsi barədə uydurma əsaslar yaradacaq, bundan sonra isə barəmizdə müvafiq tədbirlər görəcək, cinayət işi başlayacaqdır.

Həmin ərazidən, daha doğrusu orada həyata keçirilən xırda, mövsümi ticarət fəaliyyəti ilə 15 nəfər öz ailəsini dolandırır, evinə çörək aparır, dövlətə vergi ödənir.
Polis rəisi hətta, onun qanunsuz hərəkətlərindən şikayət olunduğunu bildikdən sonra əsassız olaraq cinayət işi də açacaq qədər özbaşınalıq edə bilir, guya ki, bu fəaliyyət ərazidəki neft kəmərlərinin mühafizə zolağına təsir edir, halbuki, ərazi tikinti meydançasıdır və orada minlərlə qanunsuz tikili vardır, rəis bu tikililəri görmür bəs?

Necə olur ki, yarım maşın qum satmaq mühafizə zolağına təsir edir ( hətda faktiki istifadə hüququma dair reyestr çıxarışı ola-ola) lakin, kəmərin üzərində tikilən evlər isə yox?

Kiçik ticarət fəaliyyəti apardığımız torpaq sahəsi məhz istifadə edilməsi üçün bizə icarəyə verilmişdir, mühafizə zolağı üçün fəaliyyətimizin hər hansı təhlükəsi olsa idi, Neft Kəmərləri İdarəsinin əməkdaşları bizə xəbərdarlıq edərdi”.

Şikayətçi məktubda qeyd edib: “Hətta, 17 dekabrda Sabunçu RPİ-nin rəisi Eldar İlyasovun qanunsuz hərəkəti barədə DİN-i cənab Ramil Usubova şikayət etsək də, əksinə şikayətdən sonra, dahada aqressivləşərək fəaliyyətimizə polis vasitəsi ilə ciddi maneə törətmiş və bununla kifayətlənməyərək 12-ci PB-nin Yeni Ramana hissəsinə nəzarət edən sahə müvəkkili vasitəsi ilə 27 dekabrda raport yazmışdır ki, fəaliyyətimiz qanunsuzdur, mühafizə zolağının təyinatına ziddir.

Necə olur ki, rəisin müdaxiləsindən bezərək dekabrın 17-i Sizə şikayət edilir, raport isə dekabrın 27-i yazılır? Bütün bunlar cinayət işinin uydurma əsaslarla açıldığını bir daha sübut edir. Hazırda cinayət işinin istintaqı müstəntiq Azər Bünyadovun icraatındadır. Müstəntiqin də Sabunçu RPİ-nin rəisinin göstəriş və tapşırığına əsasən qərəzli istintaq aparması mübahisə edilmir.

Qanuni icarə hüququ olan, xüsusi mülkiyyətimizdə olan əraziyə rəis necə müdaxilə edir? Xırda sahibkarlıq, qum alqı-satqısı necə olur ki mühafizə zolağına təsir edir, amma kəmərin bilavasitə üzərində inşa edilən tikililər isə yox?

Bütün bunlar bir daha göstərir ki, Sabunçu RPİ-nin rəisi həmin torpaq sahəsini ələ keçirmək üçün hər şeyə əl atır, əsassız olaraq cinayət işi də başlayır. 12-ci PB-nin Yeni Ramana hissəsinə nəzarət edən sahə müvəkkili də Sabunçu RPİ-nin rəisinin tapşırığı ilə qərəzli olaraq fəaliyyət göstərir.

Qanunsuz tikilmiş tikililər ilə bağlı heç bir raport yazmır, bütün bunlar isə Sabunçu RPİ-nin rəisinin sahə müvəkkili, post patrul vasitəsi ilə qanunsuz olaraq bizim hüquqlarımızı pozduğunu sübut edir. Məqsəd nə yolla olursa olsun torpağı əlimizdən almaqdı”.

Eyni zamanda Tərlan Babayevin vəkili Ceyhun Yusifov bildirdi ki, həqiqətən də Sabunçu RPİ-nin rəisinin sahibkarlıq subyektinə özbaşına müdaxiləsi yolverilməzdi. Aparılan araşdırma hüquqi deyil, sırf qərəzli və sifarişlidi. Mədsəd Babayevlərin gözünü qorxutmaqla Torpaq sahələrinin ələ keçirmək, yerində Ticarət Mərkəzi tikməkdir.

Neft borusu ( bir ədəd kiçik həcimli) ilə həmin torpaq sahənin arasından avtomabillərin intensiv hərəkətini təmin edən magistral yol keçir, həmin yolunda mühavizə zolağından kənarda kiçik ticarətlə məşğuldurlar, indi sual doğur necə olur onların bu fəaliyyəti neft borusuna maniyə törədir, Amma kəmərin üzərində əsaslı yüzlərlə tikili yox? Təəssüf ki bununla bağlı çoxsaylı şikayətlər DİN-in müvafiq idarələri tərəfindən araşdırılmır.

Qeyd olunan mühafizə zolağında komissiya təşkil edilsə müəyyən olunacaq ki, məhz xırda qum satma fəaliyyəti yox, məhz ərazidəki, neft kəmərlərinin üzərində tikilmiş qanunsuz tikililər mühafizə zolağının təyinatına təsir edir, bunların sayı isə yüzlərlədi hətda deyərdim ki, minlərlədi..Bunların hamsıda Sabunçu RPİ-nin rəisi Eldar İlyasovun gözləri qarşısında baş verir..

Odur ki, yuxarıda qeyd olunanlara əsasən, Sabunçu RPİ-nin rəisinin sifarişi ilə başlanmış və hazırda müstəntiq Azər Bünyadovun icraatında olan araşdırmanı nəzarətinizə götürülməsini, tam, hərtərəfli və obyektiv istintaq olunmasını, Sabunçu RPİ-si rəisinin yol verdiyi qanun pozuntularına və bizim hüquqlarımızı kobud şəkildə pozmasına görə barəsində qanuna müvafiq tədbirlərin görülməsini, sonda bizim pozulmuş hüquqlarımızın bərpa olunmasına köməklik göstərilməsini təmin etməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm. Onda yəqin cənab Eldar İlyasovun rəis kimi fəaliyyətinin nədən ibarət olmasını dərk edər.

Criminal.az
Tarix: 29-01-2017, 09:32
Xəbəri paylaş





Xəbər lenti