Hakim və məhkəmə işçilərindən şikayətlər araşdırılır

Hakim və məhkəmə işçilərindən şikayətlər araşdırılır Gəncədə qadına və onun əlil övladına qarşı edilən qanunsuzluqlar qalmaqala çevrilir
Vətəndaş Sevil Allahverdiyeva Gəncə Şəhər Kəpəz rayon Məhkəməsibib sədri Vəli Abdullayevin açıqlamasına cavab verib. O bildirib ki, məhkəmə sədri faktları gizlədir.


Qeyd edək ki, Bizimyol.info vasitəsilə Ədliyyə Naziri və Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova müraciət edən S.Allahverdiyeva əlil övladına məhkəmələrin təyin etdiyi aliment və müalicə xərcləri ilə bağlı qətnamələrin icra edilməməsindən şikayətini bildirmişdi. Şikayətçi həmçinin bildirmişdi ki, Kəpəz rayon Məhkəməsinin sədri ona və qızına qarşı kobudluq edib və təcili tibbi yardım göstərilməsinə mane olub.

Bizimyol.info-ya açıqlama verən Kəpəz rayon Məhkəməsinin sədri Vəli Abdullayev bildirmişdi ki, bu məsələ ilə bağlı hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. «Bəri başdan başqa bir orqanın apardığı araşdırma ilə bağlı münasibət bildirməyim doğru çıxmaz. Məhkəmə sədri olsam da, bu cür münasibət bildirə bilmərəm. Ancaq şəxsi mövqeyimə gəlincə, S.Allahverdiyeva böhtan atır. Çünki o bu cür davranışı ilə məhkəməyə təsir etmək, baxılan işdə xeyrinə qərar çıxarılmasını istəyirdi. Bunu isə qanun qadağan edir. O cəhd edirdi ki, mən hakimə onun xeyrinə qərar verməsi üçün tapşırıq verim. Bunu etmədiyimə görə isə səs-küy saldı. Ümumiyyətlə, bu məsələ istintaqada araşdırılır və araşdırmanın nəticəsində kimin haqlı, kimin haqsız olduğu bilinəcək” - deyə məhkəmə sədri bildirib.

S.Allahverdiyeva isə deyilənlərlə razılaşmır. O qeyd edir ki, bu məsələ ilə bağlı prokurorluğun sənədləri var. “V.Abdullayevin deyəsən xəbəri yoxdur ki, onun özünün, məhkəmə əməkdaşlarının və bir polis nəfərinin kobud, qanunsuz hərəkətlərindən Gəncə şəhər Prokurorluğunda, Məhkəmə Hüquq Şurasında, Gəncə şəhər Baş Polis İdarəsində,Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsində ayrı-ayrılıqda araşdırılan materiallar var.

Qanunvericiliyə görə, hakimlərin qanunsuz hərəkətlərini Məhkəmə Hüquq Şurası, məhkəmə əməkdaşlarının qanunsuz hərəkətlərini Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsi, polis nəfərinin qanunsuz hərəkətlərini isə Baş Polis İdarəsi araşdırır. Gəncə şəhər Prokurorluğu qanunun tələbinə əməl edərək, məhkəmənin sədri və əməkdaşlarının qanunsuz hərəkətləri ilə əlaqədar materialı, Məhkəmə Hüquq Şurasına göndərilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna 27.12.2016-cı il tarixli məktubla göndərmişdir.

Məhkəmənin sədri V.Abdullayev isə, Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparıldığını qeyd edir. Prokurorluğunun digər- 27.12.2016-cı il tarixli, 877-ş-16 saylı, Gəncə şəhər Baş Polis İdarəsinə göndərdiyi məktubunda yazılır: “Gəncə şəhər Kəpəz rayon Polis idarəsinin əməkdaşlarının kobud hərəkətlərinə dair vətəndaş S.Allahverdiyevanın ərizələri baxılıb tədbir görülməsi üçün Sizə göndərilir”. Məktubdan da görünür ki, V.Abdullayevin dediyi, polis idarəsinin icraatındakı material yalnız polis əməkdaşları ilə əlaqədardır”.

S.Allahverdiyeva Vəli Adbullayevin səsləndirdiyi “O cəhd edirdi ki, mən hakimə onun xeyrinə qərar verməsi üçün tapşırıq verim” fikrinə də münasibət bildirib. O qeyd edir ki, hakimdən belə bir xahiş etməyib və hakim yaxasını məsuliyyətdən kənara çəkməyə, özünün və işçilərinin hərəkətlərinə hüququ qiymət verilməsinin qarşısını almağa çalışır.
Tarix: 31-01-2017, 08:44
Xəbəri paylaş





Xəbər lenti