Çingiz Qənizadə əsəbləşdi

Çingiz Qənizadə əsəbləşdi "Son vaxtlar mənə çatan məlumata görə,"afn.az" saytının şəxsən mənimlə bağlı olduğu ilə əlaqədar kimlər tərəfindənsə şayiələr yayılıb". Vətəninfo.az xəbər verir ki, bu fikirlər millət vəkili Çingiz Qənizadə tərəfindən mətbuata göndərilən məktubda qeyd edilir.
Millət vəkili mktubunda qeyd edir ki,onun kim və nə isə haqda fikir bildirməsi üçün parlament tiribunasından danışmaq hüququ olmaqla bərabər eyni zamanda da onun fikirlərini paylaşacağı dost olan media qurumları mövcududr: "Onu da bilirsiniz ki,hər bir normal saytın saxlanması üçün hər ay xeyli vəsait lazımdır.Bu isə mənim imkanlarım xaricindədir. Bir daha bəyan edirəm ki,mənim mətbuatda və sayt rəhbərləri arasında çoxsaylı dostlarım var və sağlam jurnalistika il
məşğul olan hər kəsə hörmət bəsləməklə yanaşı,həmişə ünsiyyətdə olmağa hazıram.Mən tək-tək millət vəkillərindən biriyəm ki,mətbuata həmişə açıq olmuşam və bu,gələcəkdə də belə olacaqdır.Mənim sağlam və çoxsaylı mətbuatda dostluğum o demək deyil ki,məni hansısa saytla,o cümlədən "afn.az" saytı ilə bağlasınlar.Düşünürəm ki,həmin saytın rəhbərliyini sizlərdən biri kimi tanımağımı,o sayta bağlılıq kimi dəyərləndirmək kimlərinsə fərziyyə və təxəyyülünün məhsuludur.İstər "afn.az"saytı ,istərsə də digər saytlarda kimlərinsə haqqında yoxlanılmamış,qərəzli materiallar çap olunarsa mən həmin şəxsləri məhkəməyə müraciət etməyə çağırır,hüquqşünas kimi isə onlara hüquqi yardım göstərməyə hazır olduğumu bildirirəm".

Siam.az
Tarix: 2-02-2017, 21:00
Xəbəri paylaş





Xəbər lenti