Türkiyədə fahişə əməliyyatı- AZƏRBAYCANLI QADIN SAXLANILDI

Türkiyədə fahişə əməliyyatı- AZƏRBAYCANLI QADIN SAXLANILDI Türkiyənin İstanbul şəhərində Türkiyə jandarması 5 otel və 7-i əyləncə mərkəzində fahişələrə qarşı reyd keçirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 25-44 yaş arasında əxlaqsızlıqla məşğul olan 84 qadın saxlanılıb.
Belə ki, saxlanılanlardan 27-si Moldova, 27-si Ukrayna, 10-u Mərakeş, 6-sı Belarus, 5-i Rusiya, 4-ü Gürcüstan, 2-si Özbəkistan, 1-i Ermənistan, 1-i Qırğızıstan və 1-i isə Azərbaycan vətəndaşıdır.
Qadınların hamısı tibbi müayinədən keçirilib. Müayinə zamanı onların 13-də “AIDS” və “Hepatit C” virusu aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, burada çalışan qadınların əksəriyəti zorla bu işə məcbur ediliblər.
Anar
Tarix: 2-02-2017, 21:16
Xəbəri paylaş





Xəbər lenti