Ehtiyatda olan polkovnik Gülağa Tənhanın sirrlərini acdı

Ehtiyatda olan polkovnik Gülağa Tənhanın sirrlərini acdı Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovla müsahibə…


Mütəfəkkirlərdən biri deyirdi ki, "Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”. Bəlkədə bir vaxtlar mənzil sahibi olmaq istəyən minlərlə balasının boğazından kəsib qəpik -qəpik yığıdığı pulları mənimsəyib onları çarəsiz, ümidsiz buraxan iş adamı İlham Qasımov ədalətin gec-tez bərqərar olacağına hər zaman şübhə ilə yanaşıb. Ta ki, dəmir barmaqlıqlar arasına düşənə kimi. İndi onun haqq-ədalət, halal-haram anlayışları barədə düşünmək üçün yetərincə vaxtı var...

Ehtiyatda olan polkovnik Gülağa Tənhanın sirrlərini acdı
İlham Qasımovun qohumları onun guya sifariş əsasında həbs edildiyini dilə gətirməkdən belə çəkinmirlər. İlham Qasımovun həbsini "sifariş” edənlər arasında kifayət qədər nüfuzlu dövlət məmurlarının, hətta xeyriyyəçi, yaradıcı insan GülağaTənhanın (Qəmbərov) da adı hallanır. Kütləvi informasiya vasitələrində Gülağa Tənha haqqında yazılanların həqiqətə uyğun olmadığını onu yaxından tanıyan Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov faktlarla sübut etdi.

- Rövşən müəllim, xeyriyyəçi Gülağa öz soyadını dəyişdirdiyi, əsl adının Albert Mixailoviç Umarov olduğu qeyd olunur.

- Mən bu insanla iki gün əvvəl tanış olmamışam. Gülağa ilə 80-ci illərdən münasibətimiz var. Onun kasıb vaxtlarını da görmüşəm, varlı vaxtlarını da. Məsələ burasındadır ki, o, 1987-ci ildə Moskva şəhərində SSRİ Ticarət Nazirliyində vəzifəyə təyin olunarkən ad və soyadı ilə bağlı ciddi problem yaşadı. Məhz bu səbəbdən Gülağanın rəsmi sənədlərdə adı dəyişdirilərək, Qənbərov Albert Mixayloviç yazıldı. Bunu təsdiq edən şəhadətnamə də var.

- Sizcə , Gülağa Tənhanın Eldar Mahmudovla heç bir tanışlığı yoxdur? Axı deyirlər o, Bakıya elə keçmiş MTN nazirinin dəvəti ilə gəlib...

- Əlbəttəki, onlar bir-birlərini tanıyırlar. Amma Gülağa Qənbərov Bakıya 2001-ci ildə Eldar Mahmudovun dəvəti ilə yox, ümummilli lider Heydər Əliyevin çağırışı ilə Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmək üçün gəlib. Bir özünüz düşünün, Gülağanın Eldar Mahmudovla yaxın münasibəti varsa, o zaman niyə keçmiş MTN naziri onun telefon danışıqlarını dinlətdirdib?

-Gülağa Qənbərovun adı həm də 1993-94-cü illərdə OMON-un rəhbər şəxslərinin adı ilə yanaşı hallanır. Həmin dövrdə baş verənlərlə bağlı sizdə hər hansısa bir məlumat varmı?
Ehtiyatda olan polkovnik Gülağa Tənhanın sirrlərini acdı

- Məndə olan məlumata görə, məsələyə aydınlıq gətirməkdən ötrü 2004-cü ilin aprel-may aylarında AR Milli Məclisinin tapşırığı ilə MTN tərəfindən Gülağa Tənhanın Azərbaycan dövləti qarşısındakı xidmətlərini hərtərəfli araşdırdılar. Araşdırmaların nəticəsi ilə bağlı nazirlik rəhbərliyinin imzası ilə Milli Məclisə arayış göndərildi. Cavab məktubunda qeyd olunurdu ki, "Yoxlama nəticəsində G.M.Qənbərovun Azərbaycanın milli maraqlarına, dövlətçiliyinə zidd fəaliyyəti barədə hər hansı bir məlumat əldə olunmamışdır”. Xatırladım ki, həmin dövrdə MTN naziri Namiq Abbasov idi.

- 15 il həbs cəzası alması ilə heç cür barışmayan İlham Qasımov iddia edirki, guya Gülağa Qəmbərov onun əmlakına göz dikib. Bu barədə nə deyə bilərsiniz?

- Gülağa Qənbərovun heç kəsin mal-dövlətinə hələ kasıb vaxtlarında da göz tikməyib. O, halallığı və zəhmətkeşliyi həmişə üstün tutub.Əgər Gülağa Tənhanın İlham Qasımovun əmlakında gözü varsa, onda niyə məhkəmə zalında üzünü İlhama tutub "Əgər oğurladığın pulların 1 milyonunu qaytarıb məndən üzr istəsən, səni bağışlayaram" deyirdi?

- Gülağa Tənhanın Hacı Məmmədovun adını çəkməsi hamını şoka saldı. Sizcə, o, bununla nə demək istəyirdi?

- Gülağa Qənbərov həmin çıxışında ölkədə Cənab Prezidentin əmr və sərəncamların yerlərdə icrasının təmin edilməsi barədə danışdı, öz vətəndaş mövqeni nümayiş etdirdi. Bəzi məmurların və onların "krışalıq" etdiyi reket jurnalistlərin HacıMəmmədov kimilərinin əlində ölməyə layiq olduğunu bildirdi. Necə deyərlər, dinsizin öhdəsindən imansız gələr!

- İlham Qasımovun yaxınları onun həbsinin sifariş olduğunu, Gülağa Qəmbərovun hakim Zeynal Ağayevlə münasibətinin olduğunu iddia edirlər...

- Fikrimcə, bu,ümumən hüquqi dövlətimizin məhkəmə sisteminə, onun ədalətinə atılan bir ləkədir. GülağaTənha yeganə zərəçəkmiş şəxs deyil! İlham Qasımov hamını öz arşını ilə ölçür və niyyəti baş tutmadığı üçün hakimə və məhkəmə sisteminə şər atır.

- Rövşən müəllim, Milli Təhlükəsizlik Nazirliyində baş verən cinayətlər haqqında nə deyə bilərsiniz?

– Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar hansı işlərlə məşğul olduğunu hamı kimi mən də görürdüm. Mən hələ Silahlı Qüvvələrin Hərbi Polis İdarəsinin rəisi olan zaman MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə hər zaman mübahisə edirdim. Əsas səbəb həmin idarənin rəisi Nizami Şirinov və dəstəsinin çoxlu sayda tükürpədici cinayətləri idi.
Ehtiyatda olan polkovnik Gülağa Tənhanın sirrlərini acdı

-Nizami Şirinovun törətdiyi bu qanunsuz əməllər barədə keçmiş nazir Eldar Mahmudovun məlumatı var idimi?

-Əlbəttə var idi. Onu bu vəzifəyə elə EldarMahmudovun özü təyin etmişdi. Mən ümid edirəm ki, gec-tez ədalət öz yerini tapacaq. Nizami Şirinov İlham Qasımov kimi cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.

azpress.az
Tarix: 3-02-2017, 21:20
Xəbəri paylaş





Xəbər lenti