Xərçəngdən əziyyət çəkən aparıcı Zümrüddən göz yaşardan VİDEO

Xərçəngdən əziyyət çəkən aparıcı Zümrüddən göz yaşardan VİDEO Bu gün Ümumdünya xənçəng xəstəliyi ilə mübarizə günüdür

Teleaparıcı Zümrüd Qasımova da xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlar sırasındadır.


Siam.az İstiPress-ə istinadən xəbər verir ki, teleaparıcı bu xəstəlikdən əziyyət çəkən hər kəsə stimul verəcək videosunu paylaşıb:

"Dünyada xərçənglə mübarizə günüdür. Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Gördüyün kadrlarda mən dəfə kimyəvi terapiya almışam. Arıqlayıb 47 kq olmuşam. Saçlarım və qaşlarım tamam tökülüb. Bütün bunlara baxmayaraq, paltar tikdirmişdi ki, zövqlü görünüm. Başıma da bandana bağlamışdım ki, saçlarımın yoxluğu bilinməsin. Və əylənirdim, oynayırdım, rəqs edirdim. Xəstəliyimin acığına... Yaşadım! Bu xəstəlikdən əziyyət çəkən hər kəsə şəfa diləyirəm. Həyat gözəldir". Siam.az
Tarix: 6-02-2017, 07:06
Xəbəri paylaş





Xəbər lenti