İlhamə Quliyevanın köməkçisi azadlığa buraxıldı- FOTO

İlhamə Quliyevanın köməkçisi azadlığa buraxıldı- FOTO Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq, ona 1 il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror çıxışında M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.İlhamə Quliyevanın köməkçisi azadlığa buraxıldı- FOTO
Tarix: 7-02-2017, 21:32
Xəbəri paylaş





Xəbər lenti