Cavid Qurbanov Goranboy Təhsil şöbəsinin müdirinə "day-day"lıq edir ? - Saxta sənədlər

Cavid Qurbanov Goranboy Təhsil şöbəsinin müdirinə "day-day"lıq edir ? - Saxta sənədlər Təhsil şöbəsinin müdiri nazirin səlahiyyətlərini mənimsəyib

Redaksiyamıza Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Mamedovun fəaliyyətilə bağlı daha bir şikayət daxil olub. Şikayətçi Kəlbəcər rayonu 60 saylı orta məktəbin fiziki tərbiyyə müəllimi İbrahim Əsədov bildirir ki, Səxavət Mamedovun qardaşı Zabil Mamedovun da fəaliyyətində ciddi qüsurlar var. Şikayətçinin sözlərinə görə, Goranboy rayonunun Qaraçinar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini işləyən Z.Mamedov məcburi köçkünlər üçün nəzərdə tutulan yanacaq yardımının bir hissəsini mənimsəyib: "Mənə çatan yanacağı da mənimsəyib. Səxavətin qardaşı Zabil həmçinin qaçqınlar üçün nəzərdə tutulan digər yardımları da mənimsəyir. Əslən Kəlbəcərdən olan Səxavət Mamedov hər yerdə deyir ki, onun day-dayı Cavid Qurbanovdur. Amma bu o demək deyil ki, Səxavət düz danışır. Ola bilər ki, o, hörmətli Cavid müəllimin adından istifadə edir və öz əməllərini pərdələməyə çalışır. Mən inanmıram ki, Cavid müəllim belə bir adamı yaxın buraxsın. Bəlkə də heç onu tanımır. Sadəcə Səxavət hər yerdə Cavid Qurbanovun adından istifadə edir".


Cavid Qurbanov Goranboy Təhsil şöbəsinin müdirinə "day-day"lıq edir ? - Saxta sənədlər

Şikayətçi İ.Əsədov qeyd edir ki, 2014-cu ilin yanvar-fevral aylarında Goranboy Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun Yenikənd kənd tam orta məktəbində frontal yoxlama aparıblar: "Yoxlama zamanı məktəbin direktoru Səxavət Verdiyevin 38 min manatlıq maliyyə pozuntusuna yol verdiyi məlum olub. 3 mart 2014-cu il tarixdə Səxavət Verdiyev direktor vəzifəsindən azad olunub. Səxavət Verdiyevin məndə saxta sənədləri var. O, 03.03.2014-cü il tarixli, 8 nomrəli əmrə əsasən səlahiyyəti çatmadan qanunsuz əmrlər imzalayıb. Həmin saxta əmrlər məndədir. Həmçinin qeyd edim ki, Səxavət Verdiyev bir müddət sonra Səxavət Mamedovun əliylə yenidən vəzifəsinə bərpa olunub. Onun Səxavət Məmmədova nə qədər rüşvət verdiyi də mənə bəllidir”, - deyə İbrahim Əsədov bildirib.

Cavid Qurbanov Goranboy Təhsil şöbəsinin müdirinə "day-day"lıq edir ? - Saxta sənədlər
Cavid Qurbanov Goranboy Təhsil şöbəsinin müdirinə "day-day"lıq edir ? - Saxta sənədlər


Aşağıda Səxavət Mamedovun direktorlarin səlahiyyətlərini məhdudlaşdirmasi barədə verdiyi saxta əmrlər yer alıb:

Cavid Qurbanov Goranboy Təhsil şöbəsinin müdirinə "day-day"lıq edir ? - Saxta sənədlər
Səxavət Mamedov 30 nomrəli əmrlə məktəbdə iki ixtisaslı müəllim ola-ola qanunsuz müəllim işə götürüb.

2008-ci ildən müəllimlərin işə qəbulu və başqa rayondan digər rayona köçürülməsi təhsil nazirliyinin namenklaturasındadır.


Cavid Qurbanov Goranboy Təhsil şöbəsinin müdirinə "day-day"lıq edir ? - Saxta sənədlər

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

İslam
Missiya.Az
Tarix: 8-02-2017, 22:19
Xəbəri paylaş





Xəbər lenti