“Qazı gedib “Qaçqınkom”dan istəsinlər” — Əkbər Hacıyevdən AÇIQLAMA

“Qazı gedib “Qaçqınkom”dan istəsinlər” — Əkbər Hacıyevdən AÇIQLAMA Məcburi köçkünlərin üzləşdiyi qaz problem ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin fikirlərini öyrənmək istədik. O, qısa açıqlama verərək məsələyə aydınlıq gətirdi.

"Ölkə.Az" onunla Unikal.org-un əməkdaşı arasında olan qısa dialoqu olduğu kimi təqdim edir:

-Salam Əkbər müəllim.

-Salam.

-Unikal.org saytından narahat edirik.

-Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?...

-Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılıcaq? Planda varmı?

-Məcburi köçkünlər qazı gedib "Qaçqınkom”dan istəsin. Biz özbaşımıza qaz çəkmirik.

-Qazı "Qaçqınkom”çəkməlidir?

-Bəli sifarişçi onlardır.

Əkbər Hacıyev digər sualımızı dinləmədən telefonu söndürdü.
Tarix: 9-02-2017, 14:29
Xəbəri paylaş





Xəbər lenti