Bozqurdların lideri o aktrisanın pərəstişkarıymış

Bozqurdların lideri o aktrisanın pərəstişkarıymış Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı aktrisa Tuba Büyüküstünün pərəstişkarıdır.

Missiya.Az xəbər verir ki, Baxçalı bu barədə yerli "Hürriyet" qəzetinə verdiyi müsahibədə danışıb.

Türkiyə siyasi arenasının ən önəmli fiqurlarından hesab edilən Baxçalı müsahibədə ən çox sevdiyi serial və aktrisanı açıqlayıb.

Dövlət Baxçalı ən çox yerli "atv" kanalında yayımlanan "Eşkiya dünyaya hükümdar olmaz" serialından xoşu gəldiyini bildirib. MHP sədri ən çox bəyəndiyi aktrisanın isə "Cəsur və Gözəl" serialında Süha obrazını canlandıran Tuba Büyüküstün olduğunu deyib.

Bozqurd lider "Eşkiya dünyaya hükümdar olmaz" serialı ilə "Cəsur və Gözəl" serialını izlədiyini, zorakılıq səhnələri çox olduğu üçün "İçəridə" serialına baxmadığını qeyd edib.Bozqurdların lideri o aktrisanın pərəstişkarıymış
Tarix: 12-02-2017, 09:36
Xəbəri paylaş





Xəbər lenti