Lotu Qulinin “sağ əli” ona qarşı çıxdı- FOTO

Lotu Qulinin “sağ əli” ona qarşı çıxdı- FOTO Lotu Qulinin (Nadir Səlifov) dəstəsində parçalanmalar baş verməkdədir.
İki il öncə onun “xeyir-duası” ilə kriminal aləmdə ad alan Ceyhun Əsgərov (krimina aləmdə Ceyhun Gəncinski kimi tanınır-red.) Lotu Qulinin dəstəsindən ayrılaraq rəqib dəstəyə qoşulub.

Gununsesi.info “primecrime”-yə istinadən xəbər verir ki, öz şefindən ayrılan Ceyhun Gəncinski bu yaxınlarda “qanuni oğru”lar Albert Gəncinski, Haci Beyləqənaski, Rufo və Rafiq Masallinskinin dəstəsinə qoşulub.
Hansı ki, Ceyhun Gəncinski 2014-cü ildə Lotu Quli tərəfindən “qanuni oğru” elan edilib. Ceyhun Rafet Amirovla (kriminal aləmdə Rafet Alibayramlincki kimi tanınır-red.) birgə Lotu Quli tərəfindən “qanuni oğru” elan olunublar. Ceyhunun Lotu Quliya qarşı çıxaraq düşmən tərəfə keçməsi Rafetin qəzəbinə tuş gəlib və o, Ceyhundan qisas almaq qərarına gəlib.
Odur ki, Rafet Ceyhunun izinə düşərək onu cəzalandırmaq niyyətindədir. Hətta, Ceyhunu Rafiq Masallinskinin gününə salmaq niyyətinə düşüb. Yəni,onun da qulağının kəsilməs istisna deyil.
Ceyhunun Lotu Quliyə qarşı çıxması və onun dəstəsində parçalanmanın yaranması kriminal aləmdə də ciddi reaksiyaya səbəb olub. Ceyhunun Lotu Qulini tərk etməsinə isə onun dəstəsində yaranmış daxili konfliktlərin səbəb olduğu bildirilir. Daxili çəkişmələrin qurbanı olan Ceyhun nəticədə öz kriminal titulunu itirməli olub. Vəziyyətdən çıxış yolunu isə Ceyhun qarşı tərəfə keçməkdə görüb.
“Primecrime.ru”-nun yazdığına görə, kriminal aləmdə Lotu Qulini zəiflətmək üçün atılan addımlar nəticə vermir. Ona qarşı atılan addımlar onu daha da güclü edir. Bu gün hətta, kriminal aləmdə böyük klan sahibi olan Merab və Laşa belə Lotu Qulini özlərinin yanında görmək istəyirlər.
Tarix: 13-02-2017, 13:30
Xəbəri paylaş





Xəbər lenti