Alışanov məhkəmədə Qulu Məhərrəmliyə uduzdu – “Özünü rüsvay etdi”

Alışanov məhkəmədə Qulu Məhərrəmliyə uduzdu – “Özünü rüsvay etdi” Yasamal rayon Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun jurnalist, media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb.
Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Qulu Məhərrəmli məhkəmə prosesini əslində, udduğunu deyib: “Məhkəmənin belə sona yetməyi çox məntiqəuyğundur. Çünki onun şikayətinin heç bir hüquqi və faktik əsası yox idi. Əvvəldən bəlliydi ki, belə olacaq. Alışanov bu prosesi davam etdirməklə, əslində özünü rüsvay etdi”.

Jurnalist əlavə edib ki, bununla bağlı vəkili Cavid Rzazadənin geniş açıqlaması olacaq.
Xatırladaq ki, Qulu Məhərrəmli dövlət televiziyasının kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. A.Alışanov səsləndirilən bu fikirlərin əsasında məhkəməyə şikayət edib.
Tarix: 13-02-2017, 15:09
Xəbəri paylaş





Xəbər lenti