İmkansızlıqdan gecələr PALTODA yatan ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!

İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ! Salam. Hörmətli sayt rəhbərliyi,sizdən artıq dərəcədə RİCA edirəm ki, gözəl Azərbaycan Ölkəmizin Prezidenti ILHAM ƏLİYEV cənablarına ünvanladığım məktubu gərəkli bir formatda,imkansa TƏCİLİ DƏRC edəsiniz. Bu məktubda yazdıqlarımın hamısı 100% doğrudur. Yalan danışmaqdansa,özümə ölüm arzulayardım. Faktları dəqiqləşdirmək istəsəniz,onda öz müxbirinizi mənimlə görüşə yollayın. Sizin yanınıza gəlməyə imkanım tamamilə yoxdur. "DÖVLƏT MƏMURLARI" məni elə hala qoyublar ki, çox vaxt ailəmə çörək almağa imkanım olmur. Neçə illərdir ki, ailəmi borc-xərclə,sələmlə,bank kreditilə birtəhər hələki yaşada bilmişəm. Qapıdan bayıra çıxmağa,marşıruta ödəməyə pul tapmıram. Allah onları da mənim günümə qoysun! Ona görə də məndən inciməyin. Xərcləməyə pulum tamamilə yoxdur! Bu məktubumu daha geniş,gözəl,qabarıq bir formatda DƏRC edin ki, ictimaiyyətə lap tez çatsın. Elə olan halda daha çox oxunacaq və bəlkə də nəsə ALLAHın köməyilə mənim dövlətdən KOMPENSASİYA almağıma bir köməyi oldu! INŞAALLAH !!!
Hörmətlə: "Gül.-Gün." sahibkar müəssisəsinin sahibkarı - Niyazov Niyaz Novruz oğlu.
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev cənablarına,həyatlarını hələ də aclıq,səfalət içində,sürünə-sürünə,borc ala-ala,gecələr PALTODA yata-yata davam edə bilən ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun MÜRACİƏTİ!


Azərbaycanın bir neçə "DÖVLƏT MƏMURLARI" mənim və ailəmin 22 illik(01.03.1995-2017) həyatımızı bizə ZƏHƏR EDİBlər !
Onların günahı ucbatından neçə illərdir ki,zülmlə,sürünə-sürünə,ac-yalavac,bir qarnı ac,bir qarnı tox yaşayırıq. Hörmətli ILHAM ƏLİYEV cənabları,bu zülmə dözərək hələ də yaşamına davam edə bilən ilk Azərbaycan sahibkarlarından olan NİYAZOV NİYAZ NOVRUZ oğludur.

Mən,1992-ci ilin noyabr ayında "Gül.-Gün." sahibkar müəssisəsini Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. 1993-cü ildə sahibkar müəssisəmin obyektlərinin ilklərini tikdirməkdən ötrü 1.5 ha torpaq sahəsi götürdüm. Həmin illərdə 1.5 ha əraziyə aid Xanlar rayon Vergi İdarəsində yazılmış qaimə əsasında dövlətə torpaq vergisini də ödəyirdim. 1993-1994-cü illərdə obyektlərin tikintilərinin xeyli hissəsini həyata keçirə bildim. 1995-ci ildə mən avtomobil qəzasına uğradım. Həm də maddi vəsait gözləyirdim. Bundan sonra dövlət sifarişilə Gəncə aerovağzal kompleksinin tamamilə yenidən tikilməsi məsələsi gündəmə gətirildi. Sizə məlum etmək istəyirəm ki, sahibkar müəssisəmin tikililərinin Gəncə aerovağzalının lap yaxınlığında yerləşməsinin icazəsini Hava Limanının o zamanki direktorundan almışdım. Bu barədə Gəncə Hava Limanının o zamanki direktoru direktoru Qasımov Firuddinin şəxsi imzasilə Ədliyyə Naziri Ilyas Ismayılovun adına MƏKTUB yazılmışdı. "Gül.-Gün." sahibkar müəssisəsinin Gəncə Hava Limanının lap yaxınında yerləşdirilməsində məqsəd Hava Limanı işçilərinə güzəştli xidmət etmək idi. Bu barədə mən Gəncə Hava Limanının direktoru ilə hələlik müvəqqəti olaraq şifahi razılığa gəlmişdim. Az sonra həmin razılıq yazılı surətdə həll olunacaqdı. Hava Limanının o zamankı direktorunun imzası ilə yazılmış məktub hal-hazırda məndədir. Gəncə aerovağzal kompleksinin yenidən qurulması zamanı "Gül.-Gün." sahibkar müəssisəmin tikililərinin məcburi sökdürülməsi məsələsini Gəncə Hava Limanının hal-hazırkı DİREKTORu tələb etdi. Mən də bu vəziyyətlə əlaqədar olaraq dövlətdən KOMPENSASİYA almağım üçün sənədlərimi hazırlayıb aidiyyəti qurumlara müraciət etmək istədim. Gəncə aeroportunun direktoruna söylədim ki, mən bu barədə Cahangir Əsgərovla görüşməliyəm. Bir neçə gündən sonra mənə Cahangir müəllim deyir ki, zir-zibilini təcili oradan yığışdırsın,yoxsa bulduzerin ağzına verəcəyik cavabını verdi.
Hörmətli ILHAM ƏLİYEV cənabları, vəziyyətin belə olduğunu görüb mən sizə poçt vasitəsilə ŞİKAYƏT məktubu yolladım. Həmin məktubuma ədalətli-müsbət cavabı Prezident Aparatından gözlədiyim halda,RƏDD cavabını Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Cahangir Əsgərovdan aldım. Cahangir Əsgərov mənə RƏDD cavabını Xanlar rayonunun o zamanki İcra Hakimiyyətinin Başçısı VİLYAM HACIYEVin YALAN-SAXTA MƏZMUNLU MƏKTUBunu əlində əsas tutaraq yazmışdı. Beləliklə, "Gül.-Gün." sahibkar müəssisəsinin fəaliyyəti deaktivləşməli oldu. Sahibkarı Niyazov Niyaz Novruz oğlu isə müflisləşdi.
Hörmətli ILHAM ƏLİYEV cənabları, "DÖVLƏT MƏMURLARI"nın günahları ucbatından mənim ailəm uzun illərdir ki, ac-yalavac yaşayır. Bir tikə çörək almağa pul tapmırıq. Borc almağa yer də yoxdur. Daha doğrusu borc verən yoxdur. Mən ailəmi yaşada bilmirəm. Mənim hal-hazırki maaşımın 67 manatını vergiyə çıxırlar. Maaşımın 50 %-ni isə məhkəmə qərarilə Atabankın hesabına tuturlar. Qalıqdan isə sələm ödəyirəm. Hər ay ailəmin yaşayışı üçün 60 manat pul qalır. Ata banka da bu vəziyyətə görə müraciət etmişdim.ATAbankdan həyat yoldaşımın müalicəsi(şəkər xəstəsidir) üçün və yaşamdan ötrü 1500 ABŞ dolları götürmüşdüm. Banka olan borcumun 906 ABŞ dollarını ödəmiş olduğum halda 2 aylıq gecikməyə görə məni məhkəməyə verdilər. Pullarının hamısını məvacibimdən götürdülər. Elə bu hala görə də mən yemək üçün yenidən borca müraciət edəsi oldum. Bu işlərin hamısı yuxarıda göstərdiklərimə görə baş verib. Cənab Prezident "DÖVLƏT MƏMURLARI" tərəfindən başıma gətirilən bu müflisləşmə nəticəsində ailə üzvlərimin 3-ünü vaxtında müalicə etdirə bilmədiyimçün zamanından tez itirmişəm.
KOMPENSASİYANI ala bilmədiyimçün və müəssisəm fəaliyyət göstərmədiyiçün pulsuzluqdan,
1. Ailə üzvlərim xroniki xəstəliklərə düçar olublar. Xroniki xəstəliklərin birdəfəlik müalicə oluna bilməməsi bütün insanlara məlumdur.
2.Qızımın gözləri uzaqgörmə zəifliyindən müalicə və əməliyyat olunmalı idi. Vaxtında pulsuzluqdan müalicə və əməliyyat olunmadı deyə gözləri daha çox zəifləyib.
3.2000-ci ilin dekabr ayında atam dünyasını dəyişdi. Pulsuzluqdan atamın ürəyini vaxtında müalicə etdirə bilmədim və vəfat etdi.
4.2008-ci ildə pulsuzluqdan vaxtında müalicə etdirə bilmədiyim üşün,böyrək əməliyyatını gərəkli anda həyata keçirmək qeyri-mümkün olduğundan anam dünyasını dəyişdi.
5.2010-cu ildə qızım beyqəfildən xəstəlik tapdı və pulsuzluqdan mən ona heç bir kömək edə bilmədim. Onu təcili olaraq xəstəxanada əməlli-başlı müalicə etdirmək lazım oldu. 6.Əfsuslar olsun ki, pulsuzluqdan 30 yaşında qızımı da itirdim.
7.Həyat yoldaşımı müalicə etdirməkdən ötrü 2015-ci ildə məcbur olub Atabankdan 1500 ABŞ dolları məbləğində kredir götürməli oldum. Bu da pulsuzluqdan baş verdi. Bir müddət sonra pul devalvasiyaya uğradı. Bank ödəmədə çətinliyim daha da artdı. Həmin bankın 906 ABŞ dollarını ödədikdən sonra 2 ay gecikmə olduğundan məni məhkəməyə verdilər və 4 ay mənim və zaminimin maaşımızın 50 %-ni tutub Atabanka yolladılar. Bu işə görə də zaminimin ailəsində böyük narazılıq oldu. Hələ onu da bildirim ki, zaminim ürək xəstəliyindən bir dəfə əməliyyat olunub.

Hörmətli ILHAM ƏLİYEV cənabları,başıma gələnlərin hamısını sizə yazmaqda bir məqsədim var. Sadəcə olaraq "Gül.-Gün." sahibkar müəssisəmə aid olan KOMPENSASİYAnı TƏCİLİ olaraq dövlətdən almaq və sahibkar müəssisəmin fəaliyyətini dərhal aktivləşdirmək istəyirəm.
Cənab Prezident, bu işi həll etməkdə ümidim yalnız sizədir!
Hörmətli ILHAM ƏLİYEV cənabları, ailəm ac qalmasın deyə mənim bu işimin TƏCİLİ həll olunması üçün aidiyyəti rəhbərlərə öz göstərişinizi əsirgəməyin!

Bir də AZAL QSC-nin rəhbərliyinə tapşırsaydınız,məni hələlik pulumu dövlətdən alana kimi yüksək maaşlı vəzifəyə təyin edərdi. Cənab Prezident,Gəncə Hava Limanında hal-hazırda yüksək maaşlı vəzifədə çalışanlardan həmin vəzifələri qat-qat yüksək səviyyədə yerinə yetirmək qabiliyyətinə malikəm! Buna görə həm savadım,həm də rəhbərlik qabiliyyətim vardır!
Hörmətli Azərbaycan Prezidenti ILHAM ƏLİYEV cənabları,siz konfransda dediniz: Əlbəttə ki,bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən sizinlə tam razı və sizə həqiqətən də inanıram. Inanıram ki, siz dediyiniz kimi də düşünürsünüz. Sizdən heç bir narazılığımız yoxdur. Ancaq əfsuslar olsun ki, ətrafınızdakı yüksək vəzifələrə təyin olunmuş "DÖVLƏT MƏMURLARI" həmin vətəndaşların qanını içirlər. Dövlət məmurlarının günahı ucbatından "Gül.-Gün." sahibkar müəssisəsinin sahibkarı Niyaz Niyazov və ailəsi uzun illərdir ki, ACLIQ İÇİNDƏ yaşamına zor-bəla ilə davam edir. Cənab Prezident, mən daha borc pul da tapa bilmirəm. Ailəm ACLIQ İÇİNDƏ boğulur. Evimizdə qaz, işıq,yemək deyilən şey yoxdur. Gecələr PALTOda yatırıq. Belə yaşama davam edə bimirik. Siz bizə kömək etməsəniz, sonu mütləq intiharla nəticələnəcəkdir! Axı,belə olmaz! Biz də Azərbaycan vətəndaşıyıq!. Bizim ailənin bu dərdi heç kimi maraqlandırmır,düşündürmür. Indi də mənim "Gül.-Gün." sahibkar müəssisəmin o zaman verilən sənədlərinin (GUYA hələ o vaxt) LƏĞV olunması işinə START veriblər. Göygöl(Xanlar)Rayon Icra Hakimiyyəti Iqtisadiyyat Nazirliyinin Gəncə-Qazax bölməsinə yazıb yollayıb ki, GUYA hələ o zaman mənə verilən sərəncamlar və DÖVLƏT AKTI ləğv edilibmiş. Belə qanun harada var? Bunların hamısı AĞ YALANdır. Sənəd elə-belə LƏĞV oluna bilməz! Ciddi bir səbəb olmalıydı ki, bu SƏRƏNCAMLAR və DÖVLƏT AKTI LƏĞB olunsun! Həmin ciddi səbəb də yox idi. Göygöl Rayon Icra Hakimiyyətinin Iqtisadiyyat Nazirliyinin Gəncə-Qazax bölməsinin rəisi ARZU müəllimə yazıb yolladıqlarının hamısı YALANdır! Sənədlərin hamısının doğrudan da yalan olmasını ƏDALƏTLİ SÜBUTA yetirmək üçün bu işi DTX-nə tapşırın. Mən anlayıram ki, bir sahibkarın taleyilə oynayan sənədlərin yoxlanması Dövlət Təhlükəsizlik xidmətinin işi deyil. Onların daha vacib işləri vardır. Bununla bərabər mən onu da anlayıram ki, bu dövlət xalqındır.Bu dövlətdə olan strukturların hamısı xalqa xidmət göstərməlidirlər! Mən və ailəm də bu xalqın nümayəndələriyik! Cənab Prezident, Xanlar RİHB-nın o zamankı sərəncamı, Xanlar Rayon XDS-nin o zamankı qərarı və DÖVLƏT AKTI ləğv olunsaydı belə mənə mütləq xəbərdarlıq etməliydilər ki, tikinti aparılmasın. Dövlət orqanları da belə olan halda tikintini hələ o zaman dayandırmalıydılar. Göygöl Rayon Icra hakimiyyəti saxtakarlıqlar içində boğulur. Hələ o zaman Gəncə aerovağzal komğleksi yenidən qurulan zaman Vilyam Hacıyev AZALa YALAN-SAXTA MƏZMUNLU MƏKTUB yazıb vermişdi. Elə onun əsasında da Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Cahangir Əsgərov dövlətdən KOMPENSASİYA almağıma maneçilik törətdi. Mən bununla bağlı sizə şikayət məktubu yolladım. Prezident Aparatından müsbət-ədalətli cavab alacağımı düşündüyüm halda Cahangir Əsgərovdan RƏDD cavabı aldım. Belə cavab alandan sonra hansı hüquqi müstəvidən söhbət gedə bilərdi və indi də gedə bilər. Bu işin həlli yolu yalnız və yalnız sizin aidiyyəti rəhbərlərə göstərişinizdən keçir. Cənab Prezident,mənim müəssisəm tam qanuni olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Tikintilərə də o zaman başlamazdan əvvəl 0.5 ha Xanlar RİHB-nın sərəncamı (Pənah Məmmədov) və 1.0 ha Xanlar Rayon Xalq Deputatları sovetinin qərarilə(Aşurov Murad- hanısının ki, Vilyam Hacıyev ən xırda portfelini belə daşıyırdı) torpaq sahəsi götürmüşəm. Həmin andan etibarən hər il torpaq vergisini DÖVLƏTə ödəmişəm. ÖDƏNİŞ QƏBZLƏRİnin hamısı məndədir. Kopiyalarını da bütün sənədlərin kopiyalarilə birgə sizə yollayıram.
Gəncə aeroportunun o zamankı direktoru Qasımov Firuddindən də o zaman yazılı məktub vasitəsilə icazə-razılıq almışam. Həmin torpaq ərazisinə mənəDÖVLƏT AKTI verilib,torpaq mənim mülkiyyətimdə olub. Belə olan halda Xanlar rayon Icra Hakimiyyətinin o zamankı Başçısı torpağı mənim əlimdən alanda sərəncamı vasitəsilə mənimlə hər şeyi razılaşdırmalıydı. Eyni zamanda mənə həmin 1.5 ha ərazini razılaşdırıldıqdan sonra başqa ərazidə qaytarmalıydı. Bütün bunların heç birini dövlət strukturları qanuni həll etməyiblər. Mənim sənədlərimin hamısı qanuni həll olunub. Hörmətli ILHAM ƏLİYEV cənabları,mənə maneçilik törədən "DÖVLƏT MƏMURLARI" hələ də həmin vəzifələrdədirlər deyə yenə indi də maneçilik törədə bilirlər. Indi isə saxtakarlıqlar davam edir. Bu barədə yuxarıda qeyd etmişəm. Mən yalnız və yalnız sizdən kömək ala bilərəm.
Hörmətli Prezident,mənim və ailəmin ACLIQdan qurtarması üçün bu məsələ müsbət-ədalətli həll olunmalıdır!
Mən sizə inanıram! Bu məsələnin həll olunmasına isə müəyyən bir vaxt keçəcəkdir. Həmin zamana kimi AZAL Prezidentinin məni yüksək maaşlı bir vəzifəyə təyin etməsi üçün öz göstərişinizi əsirgəməyin. Özüm və ailəm adına sizə əvvəlcədən dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizdən müsbət-ədalətli bir cavab alacağıma ümid edirəm və gözləyirəm.
Hörmətlə: "Gül.-Gün." sahibkar müəssisəsinin SAHİBKARI-Niyazov Niyaz Novruz oğlu
E-mail: [email protected]
Mob.tel.n: 0503120582
Skype: niyazov1955
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
İmkansızlıqdan gecələr PALTODA yatan  ilk Azərbaycan sahibkarlarından olan Niyazov Niyaz Novruz oğlunun PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ!
Tarix: 13-02-2017, 22:59
Xəbəri paylaş





Xəbər lenti