Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, tanınmış ictimai xadimi Hacı Quliyevlə bağlı məqalə türk mətbuatında

 Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, tanınmış ictimai xadimi Hacı Quliyevlə bağlı məqalə türk mətbuatında Türk mətbuatı Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, tanınmış ictimai xadimi Hacı Quliyevlə bağlı məqalə dərc edib.

Siam.az-ın məlumatına görə, “Business Channel Turk” informasiya agentliyinin saytında “Medyanın tanıdık siması Hacı Quliyev Seyranoğlu” başlıqlı məqalədə H.Quliyevin həyatı və ictimai fəaliyyətiylə bağlı geniş məqalə yayımlanıb.

Məqalədə ictimai xadimin Azərbaycanın dəyərlərinin qorunması haqqındakı çıxışlarından bəhs edilib.

Onu da qeyd edək ki, H.Quliyev bu gündən etibarən (15 fevral) Türkiyəyə səfər edəcək. O, səfəri zamanında “Business Channel Turk” telekanalında yayımlanan “İşkolik” verilişində qonaq olacaq, Beynəlxalq “Əshabi-Kəhf” Mükafatlarının təqdimetmə mərasimində iştirak edəcək və adıçəkilən mükafata layiq görüləcək. İctimai xadimin xarici səfərinin əsas məqsədi Xocalı Soyqırımı ilə bağlı “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Türkiyənin Kayseri, Mersin və başqa şəhərlərində keçiriləcək geniş miqyaslı aksiyalarda və tədbirlərdə iştirak etməsi olacaq. Siam.az
Tarix: 15-02-2017, 23:12
Xəbəri paylaş





Xəbər lenti