Siyalə Rüstəmovanın vurulmasının sirri açılır… Aslanovla-Çovdarov dostluğu…

Siyalə Rüstəmovanın vurulmasının sirri açılır… Aslanovla-Çovdarov dostluğu… Kənd Təsərrüfatı naziri Heydər Əsədov tez-tez Dövlət Baytarlıq Xidmətində kadr dəyişiklikləri etməklə yadda qalıb. 5 ay ərzində Dövlət Baytarlıq Xidmətində 3 rəis dəyişkliyi, kənarda nazirin uğurlu kadr axtarışı kimi görünsə də, realda elə deyilmiş. Ən qəribəsi odur ki, Heydər Əsədov vəzifəyə gətirdiyi kadrları rəsmi olaraq təyin etmir. Bu barədə yaxın günlərdə araşdırma yazımız olacaq.
Bizimxeber.az-a daxil olan məlumata görə, Dövlət Baytarlıq Xidmətinə rəislərin seçimində Heydər Əsədov sərbəst olmayıb. Elə bu səbəbdən də onların tez bir zamanda vurulması prosessi baş verib.


Ən maraqlı fakt isə Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın işdən çıxarılmasıdır. Dövlət Baytarlıq Xidməti rəisi postundan uzaqlaşdırılan Siyalə Rüstəmova Sumqayıta rəis göndərildi. Qısa bir zamanda isə bu postdan da uzaqlaşdırıldı. Əslində nə baş verib? Siyalə Rüstəmova niyə vəzifədən uzaqlaşdırılıb? İşində olan ciddi nöqsanlara görə, yoxsa ona oyun oynayıblar?
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, Siyalə Rüstəmovanın bu postdan uzaqlaşdırılmasında Eldar Mahmudov komandasının barmağı olub. İddia olunur ki, S.Rüstəmovanın vurulmasında Dövlət Baytarlıq Xidmətində bir neçə ay rəis işləyən, hazırda 3-cü mikrorayon bazarının baş baytar həkimi olan Aslan Aslanovun da barmağı olub.
Məlumata görə, Aslan Aslanov Eldar Mahmudov komandasının baş fiquru sayılan, hazırda məhkəməsi gedən Akif Çovdarova yaxınlığı ilə seçilib. A.Çovdarov da Siyalə Rüstəmovanın vurulması üçün zaman-zaman yollar axtarıb. Bildirilir ki, Siyalə Rüstəmovaya pul verilib və prosess videogörüntüyə alınıb. Məhz bu faktla S.Rüstəmova vəzifədən kənarlaşdırılıb. Elə isə maraqlıdır? Pulu verən kim olub? Bu şəxsin rüşvət verəcəyini Çovdarovun əməliyyatçıları necə bilib? Bu əməliyyatçılarla Aslan Aslanovun hansı qohumluq əlaqəsi var? Bu gün vəziyyət necədir?
Məlumat üçün bildirək ki, Aslan Aslanov uzun müddət 3-cü mikrorayon bazarının baş həkimi işləyib. Daha sonra Dövlət Baytarlıq Xidmətinin rəisi postuna kimi yüksəlib. Bu vəzifədə az müddət qaldıqdan sonra vurularaq Qubadlı rayon baş bayrat həkimi olub. 1 ay sonra isə püşkatmada iştirak etmədən 3-cu mikrorayon bazarının baş baytar həkim təyin edilib.
Tarix: 16-02-2017, 15:45
Xəbəri paylaş





Xəbər lenti