“Məhəlləmizdə kilsə tikək ki, bizə qaz versinlər?” – QOBU SAKİNLƏRİ

“Məhəlləmizdə kilsə tikək ki, bizə qaz versinlər?” – QOBU SAKİNLƏRİ “Bir aydır ki, Qobu qəsəbəsinin aşağı məhəllərində qaz yoxdur. Daha doğrusu qazın təzyiqi o qədər aşağıdır ki, nəinki evləri, hətta sobanı belə qızdırmır”. “AzPolitika.info”ya şikayət məktubu ünvanlayan bir qrup Qobu sakininin məktubunda belə deyilir.

Sakinlər bildirirlər ki, evlərini qızdırmaq üçün qaz yanan sobalara odun atmaq məcburiyyətində qalıblar. Dərdlərini deməyə isə ünvan tapa bilmirlər. Azəriqaz”a edilən şikayətlərə isə heç bir reaksiya verilmir: “Qəsəbə sakinləri hər gün “Azəriqaz”a zəng edirlər. Cavab verirlər ki, məlumatı lazımı yerlərə ötürürük. O “lazımı yerin” hara, kim olduğunu isə bizə deyən yoxdur. Soruşanda da cavab eynidir: kompyüterlə ötürürük. Nəticə isə yoxdur. Biz nə edək – məhəlləmizdə kilsə tikək ki, bizə qaz versinlər?”

Qobu sakinləri şaytımız vasitəsilə SOCAR rəhbərliyinə müraciət edərək, problemin yoluna qoyulması istiqamətində təcili tapşırıqlar verilməsini xahiş edirlər.


V.Nəsibov
Tarix: 17-02-2017, 21:55
Xəbəri paylaş





Xəbər lenti