“Bu şərəfsizlikdə əli olanlar hamısı qanuni cəzalarını almalıdır, amma…”- ASLAN İSMAYILOV

“Bu şərəfsizlikdə əli olanlar hamısı qanuni cəzalarını almalıdır, amma…”- ASLAN İSMAYILOV “Son günlər Azərbaycan Ordusunda baş verənlərlə bağlı, problemin nə qədər mürəkkəb olduğunu bildiyimdən, maksimum ehtiyatlı davranmaq istəyirəm. Rəsmi və qeyri rəsmi açıqlamalar bir daha bu mövzuya qayıtmağa vadar etdi. Bütün yazılarda əsgər, kiçik rütbəli zabitlər, bir də kənd əhalisi qınaq obyektinə çevrilib. Bəli, bu şərəfsizlikdə əli olanlar hamısı qanuni cəzalarını almalıdırlar. Təkrar edirəm, cəza ancaq qanuni olmalıdır”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” stausunda qeyd edib.
O, qeyd edib ki, 37-ci ilin cəzaları təkrarlanmamalıdır.
“Ən əsası isə odur ki, axı bu Orduda uzun illər kəşfiyyat, əks kəşfiyyat, təhlükəsizlik sahələrinə cavabdeh olan, vəzifələrindən istifadə edib oliqarxlara çevrilən, onlarla generallar var. Onlar nə vaxt cəzalanaq?”-deyə, vəkil sonra sözlərinə əlavə edib.
Tarix: 20-05-2017, 22:16
Xəbəri paylaş





Xəbər lenti