General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı



Ləğv olunmuş Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun Fövqəladə Hallar Nazirliyində (FHN) general köməkçisi işləyən oğlu Cavid Səmədov vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin köməkçisi vəzifəsində çalışan daxili xidmət mayoru Cavid Səmədov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb. 

 
Partiya sədrinin oğlu Faiq Tağı-zadənin əmri ilə vəzifəsindən azad edilib. 
 
Abutalıb Səmədov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: 
 
"Övladım 40 yaşı keçib və mən bilən öz istəyi ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib".
Tarix: Bu gün, 11:56
Xəbəri paylaş





Xəbər lenti