Fərhad Əliyev və MTN işi Kərəm Həsənovu bitirir: Komitə ləğv edilir - Sensasiya

Fərhad Əliyev və MTN işi Kərəm Həsənovu bitirir: Komitə ləğv edilir - Sensasiya Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda biznes qurmasına şərait yaradılması və MTN işindəki bir sıra detallarda adının keçməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun istefaya getməsini yaxınlaşdırır; Hətta komitənin ləğv edilərək ASAN Xidmətə verilməsi də gözlənilir...

Bu barədə hakimiyyətdəki mötəbər mənbələrdən Ulus.Az-a sızan xəbərə görə, siyasi rəhbərlik onunla işləmək istəmir.


Komitə sədrinin “qırmızı xətti” keçməsi, iqtidara xəyanəti, Ziya Məmmədov yolunu tutması və yuxarıdan hoppanaraq MTN şəbəkəsi ilə işbirliyinə getməsi ona qarşı qəzəbi soyutmayıb. Üstəgəl, F.Əliyev əleyhinə ifadə verməsi heç də yuxarılarda müsbət qarşılanmayıb.

Öz həmyerlisini istintaqa satan və MTN-lə müxtəlif qanunsuzluqlarda şərik olan, hətta Eldar Mahmudova kimlərisə qorxutmaq üçün xahişlər edən bir məmurun vəzifədə saxlanması məqbul sayılmır.

İttihama görə, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb.

O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib. Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı Ərazi Şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilməsini əsassız hesab edib.

MTN-də rütbəli şəxslərin onu çağırıb təhdid etməsi məhz komitə sədrinin istəyi ilə baş tutub. K.Həsənov E.Mahmudovla işbirliyinə görə MTN şefindən xahişlər edə bilirmiş.

Çünki əmlakların sənədləşməsi, qeydiyyatı məsələlərində komitə sədri də onun arzularını gerçəkləşdirib.

Ulus.Az-a sızan xəbərə görə, K.Həsənovla bərabər komitə də ləğv edilir. ASAN Xidmət modelinin uğurlu alınması bu qurumun səlahiyyətlərinin ona verilmədini şərtəndirib.

Cənab İlham Əliyev ölkə prezidenti seçildikdən sonra həm yeni nazirlilklər yaradıb, həm də ayrı-ayrı nazirliklərin təkrarlığını aradan qaldarmaq üçün birləşmə prosesi gedib, bəziləri ləğv edilib. Prezident həmişə çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib.

Azərbaycanda bir neçə istiqamətdə mütləq zəruri islahatlar həyata keçirməlidir. Dövlət idarəetmə xərcləri kəskin formada azaldılmalıdır.

Hökümətin bir sıra strukturları ixtisar olmalıdır. Bəzi nazirliklər birləşdirilməlidir. Bu bir neçə istiqamətdə davam edən proses olmalıdır. Bu islahatlar qaçılmazdır.
İndi yaranmış situasiya elədir ki, bu məsələyə daha ciddi əhəmiyyət verməyi önə çəkən ölkə prezidenti yəqin ki, yaxın günlərdə atacağı addımlarla söyləmiş olduğu fikirlərin konkret nəticələrini cəmiyyətə təqdim edəcəkdir. Bu da ölkənin idarə olunmasına öz töhfəsini verəcək.
Tarix: 21-05-2017, 22:47
Xəbəri paylaş





Xəbər lenti