Deputat ona “zibil” deyən müğənniyə: “Üzümü görməyib”

Deputat ona “zibil” deyən müğənniyə: “Üzümü görməyib” Əməkdar artist Firuzə İbadova Milli Məclisin deputatı Astan Şahverdiyevin ünvanına yenidən kəskin ittihamlar səsləndirib. Millət vəkilini aşağılayıcı ifadələrlə təhqir edən müğənni bildirib ki, “Astan kimi deputatlar zibildir”, “Astan tərbiyəsiz, səviyyəsiz adamdır”.

Xatırladaq ki, deputatla müğənni arasında topraq üstündə başlanan dava bu gün də davam edir. Əməkdar artist bildirib ki, sona qədər bu məsələdə geri addım atmayacaq.

Editor.az məsələyə Milli Məclisin deputatı Astan Şahverdiyevin özündən münasibət öyrənib.

Sayta açıqlamasında millət vəkili bildirib ki, Firuzə İbadovanın səviyyəsinə enmək istəmir:

“O mənim üzümü görməyib, mən də onun üzünü görməmişəm. Heç rastlaşmamışıq da. İndi ağzına gələni danışırsa, mən ona cavab verməliyəm?! Getsin işi ilə məşğul olsun. Mən bu məsələyə bundan artıq münasibət bildirməyə ehtiyac görmürəm”.

Siam.az
Tarix: 25-05-2017, 21:08
Xəbəri paylaş





Xəbər lenti