ƏLİ MƏSİMLİNİN 180 DƏRƏCƏLİK “DÖNÜŞÜ”nün SİRRİ - Və bir fotonun dərsləri…

ƏLİ MƏSİMLİNİN 180 DƏRƏCƏLİK “DÖNÜŞÜ”nün SİRRİ - Və bir fotonun dərsləri… Az-çox müstəqillik göstərən millət vəkilləri də həyati əhəmiyyətli məsələlərdə prinsipiallıq göstərmirsə, ictimai rəyi vecinə almayan məmurlardan kim hesab soracaq?

“Bu bankda(Beynəlxalq Bankda-red.) baş verən və hələ indi də onun ətrafında gedən proseslərin görünməyən tərəfləri görünən tərəfindən qat-qat böyükdür… Bu qədər iri məbləğdə pullar sərf olunmasına baxmayaraq, bankın problemləri niyə indiyədək çözülməyib? Sağlamlaşma prosesi niyə 2 ildir ki, davam edir və obyektiv dəyərləndirmə baxımından real nəticəsi nədir? Bu məqsədlə indiyədək ayrılan və bundan sonra tələb olunan vəsait Azərbaycanın bir illik büdcəsinə yaxınlaşsa da problemin həlli görünmür. Ona görə də Beynəlxalq Bankın özəlləşdirlməsinin astarı dövlətə üzündən baha başa gəlir… . Bu da büdcəyə və ölkənin maliyyə durumuna, maliyyə-bank sisteminə mənfi təsir göstərəcək… Beynəlxalq Bankın müflisləşməsi Azərbaycanın maliyyə -bank sisteminin çox ağır durumda olduğunu göstərir…” və sair.


Bu fikirlər, Milli Məclisin üzvü, bir vaxtlar iqtisadiyyat naziri, baş nazirin müavini və baş nazir əvəzi kimi vəzifələr daşımış hörmətli Əli Məsimlinin mayın 20-də Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlı mətbuatda dərc edilmiş müsahibəsindən götürülüb. Aşağıda isə onun cəmi 1 həftə sonra, yəni mayın 27-də elə həmin məsələ ilə bağlı söylədiklərini diqqətinizə çatdırırıq: “Dövlət ümumi razılıq əsasında qəbul edilmiş hər hansı bir formada bu borcları ödəyəcək… Azərbaycan dövləti yetərincə valyuta ehtiyatlarına malikdir və bu sahədə məqsədyönlü fəaliyyət göstərib, sözügedən problemləri optimal vaxt kəsiyində aradan qaldıra bilər. Hazırda Azərbaycanın xarici borclarının ÜDM-in 20 faiz səviyyəsində, yəni, iqtisadi təhlükəsizlik baxımından kritik hesab olunan həddən 2-2,5 dəfə aşağı olduğunu nəzərə alsaq, bankın xarici öhdəlikləri dövlətə ötürüldükdən sonra da ölkənin xarici borclarının həddi yenə bütün dünyada qəbul edilmiş məqbul normadan xeyli aşağıda qalır. Bu baxımdan, düşünmürəm ki, bunlar ölkənin suveren reytinqini nəzərəçarpan dərəcədə mənfiyə doğru dəyişdirə bilər…” və sair.

Göründüyü kimi, əvvəlki fikirlə sonrakı münasibət arasında ciddi fərqlər var. Doğrudur, həmin vaxt kəsiyində maliyyə naziri Samir Şərifov və digərlərinin Londonda xarici kreditorlarla görüşü keçirildi və müzakirələr aparıldı. Ancaq ümumilikdə situasiyaya aydınlıq gətirilmədi və hörmətli Əli müəllimin də qoyduğu bir çox suallara cavab verilmədi. Bəs nə baş verdi ki, Ə.Məsimlinin fikri fenomenal şəkildə, az qala 180 dərəcə dəyişdi? ƏLİ MƏSİMLİNİN 180 DƏRƏCƏLİK “DÖNÜŞÜ”nün SİRRİ - Və bir fotonun dərsləri…



Burada millət vəkilinin ilk olaraq hökumətə ünvanladığı suallara daha bir neçəsini əlavə etmək olar. Xarici kreditorlarla danışıqdan da görünür ki, milyardlar göydə uçuşur, ancaq heç kəs düz-əməlli izah etmir ki, bu məbləğdə borc və problemli kreditlər haradan yaranıb? Məsələn, hazırda həbsdə olan Cahangir Hacıyev son məhkəmə iclasında deyib: ”Xarici borclar 1,1 milyarddan çox ola bilməzdi, amma hazırda bu rəqəm 3,3 milyard dollardan çoxdur. Beynəlxalq Bankın 6 milyard kredit portfeli olub, onun cəmi 30 faizi həcmində – 2 milyard kredit verilib. Hazırda isə Beynəlxalq Bankın təkcə problemli kreditləri 12 milyardı keçib. Bunu necə izah edəcəklər? 2010-2014-cü illərdə Vergilər Nazirliyi yoxlama aparıb, 80-ə qədər cinayət işi başlanıb. Amma sonradan onların hamısına xitam verilib. Prokurorluq xitam verib…”

Maliyyə naziri deyir ki, bankın bu duruma düşməsinin səbəbi iki dalbadal devalvasiya və bankın idarə edilməsindəki səhvlərdir. Bəs görəsən həmin nazirin özünün devalvasiyaya rəvac verən durumun yaranmasında azmı rolu və günahı var? Yaxud bankın Müşahidə Şurasında təmsil olunan Samir Şərifovun nazirliyi yaxınlaşan təhlükəni görmürdümü? Cahangir Hacıyevdən sonra maliyyə nazirinin Beynəlxalq Bankın rəhbərliyinə gətirdiyi Elmar Məmmədovun dövlətə nə qədər ziyan vurduğu niyə açıqlanmır? Cəmi 1 il ərzində 1,1 milyarddan az borcun 3,3 milyard dollara necə catdırıldığına niyə aydınlıq gətirilmir? ƏLİ MƏSİMLİNİN 180 DƏRƏCƏLİK “DÖNÜŞÜ”nün SİRRİ - Və bir fotonun dərsləri…



Hörmətli Əli müəllimin son fikirlərində bildirir ki, Azərbaycan hökuməti beynəlxalq praktikada çox az təsadüf olunan addım atır və belə çıxır ki, düz edir. Doğrudan da, belə addımların analoquna rast gəlmək mümkün deyil. Kim məcbur etmişdi ki, ölkə iqtisadiyyatını və xüsusilə maliyyə-bank sektorunu bir bankın “quyruğuna bağlayırdılar”? İndi də həmin bank palçığa batmış və ən pisi də odur ki, qulaqları olmayan uzunqulaq balasının durumuna düşüb. Ha əlləşirlər, dartıb çıxara da bilmirlər.

Ə.Məsimli əvvəlkindən fərqli olaraq, ikinci açıqlamasında deyir ki, maliyyə-bank sektorunu təhlükə gözləmir və xarici borc kritik həddən 2 dəfə aşağıdır. Ancaq onu demir ki, kritik həddə çatmaq o qədər də çətin deyil, bunun üçün Beynəlxalq Bank ətrafındakı “hoqqalardan” daha birini çıxarmaq kifayətdir. Və heç kəs də deyə bilməz ki, oxşar hadisə bir daha baş verməyəcək.

Yaxud, elə hörmətli millət vəkilimiz də daxil olmaqla, soruşan varmı ki, niyə milyardlarla pulu hökumətin burnunun ucundan oğurlayıb aparırlar, ancaq nə Milli Bank rəhbəri, nə də maliyyə nazirindən buna görə hesab sorulmur? Niyə məsələn, Hacı İbrahim Nehrəmli və onun kimi digər təsadüfü iş adamlarına az qala 1 milyarda yaxın kredit verilir, sonra pul qaytarılmır və o da bir-iki dəfə dindirildikdən sonar sərbəst buraxılır? Kimlər belə adamlara zaminlik və himayədarlıq edib, istintaqda kimlərin adları hallanıb və sair…

Sözsüz ki, iqtisadçı kimi savadına şübhə etməyə əsasımız olmayan Ə.Məsimlinin Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlı ürəyindən keçən və verə bilmədiyi suallar kifayət qədərdir. Ancaq o da nədənsə bir müddət əvvəl digər hörmətli millət vəkili Vahid Əhmədovun getdiyi yolu gedir. Əvvəl dediklərinin əksini söyləyir. Xatirinizdədirsə, V.Əhmədov əhalinin ahıl hissəsinin böyük qismini pensiyasız qoyan yeni qanun layihəsini əvvəl tənqid etsə də, sonradan müdafiə etməyə başladı. Daha sonara Beynəlxalq Bankla bağlı fikirlərinə görə YAP-n mətbu orqanı onu “topa tutdu”. Görünür, vaxtilə cəbhə hakimiyyətində yüksək postlar tutan və “gözü çıxan qardaş” məsəlindəki kimi, bütün bunları görən Əli müəllim də əvvəl dediklərinin tam əksini bildirərək, vəziyyətdən çıxmaq qərarı alıb. ƏLİ MƏSİMLİNİN 180 DƏRƏCƏLİK “DÖNÜŞÜ”nün SİRRİ - Və bir fotonun dərsləri…



Ancaq bu, çıxış yoludurmu? Az-çox müstəqillik göstərən bir-iki millət vəkili də bu cür həyati əhəmiyyətli məsələlərdə prinsipiallıq göstərməyəndən sonra, ictimai rəyi vecinə almayan və çoxdan “şişən” bəzi məmurlardan kim hesab soracaq? Axı həqiqətləri gizlətməklə, problemlər həll olunmur. Vaxtında tədbirlər görülməyəndə isə maliyyə-bank sektoru və deməli həm də ölkə iqtisadiyyatı çıxılmaz duruma düşə bilər.

Aşağıdakı foto Yunanıstanın düşdüyü ağır böhran dövründə dünya mətbatında uzun müddət müzakirə olunmuşdu. Bu fotoda Avropaya böyük məbləğdə borcu olan Yunanıstanın sabiq baş naziri Georgi Papandreu Almaniya kansleri Merkelin qarşısında aciz görkəm alıb. ƏLİ MƏSİMLİNİN 180 DƏRƏCƏLİK “DÖNÜŞÜ”nün SİRRİ - Və bir fotonun dərsləri…



Heç birimiz istəmərik və buna layiq də deyilik ki, nəinki ölkəmizin baş naziri, hətta maliyyə naziri, yaxud sıradan bir məmuru belə, əcnəbinin qarşısında boynunu büksün. Lakin bunun baş verməməsi üçün iqtisadiyyat, xüsusilə də maliyyə-bank sektoru şəffaf, onun başında duranlar dürüst, onunla bağlı məlumatlar əlçatan və ən əsası da tənqidə açıq olmalıdır…

CƏLAL
AzPOLİTİKA.İNFO
Tarix: 29-05-2017, 13:48
Xəbəri paylaş





Xəbər lenti