Xanım baş redaktor Oqtay Şirəliyevdən pulunu tələb edir - FOTO

Xanım baş redaktor Oqtay Şirəliyevdən pulunu tələb edir - FOTO Baş redaktor Arifə Əliyeva səhiyyə naziri Oktay Şirəliyevə müraciət etdi…

Repartyor.org redaktoru Arifə Əliyeva Oktay Şirəliyevə sual ünvanlayıb. O qeyd edib ki, 24.05.2017-ci il tarixində qızım Gülayı kəsgin qusma və qızdırma diaqnozu ilə Təcili yardım xidmətinin köməyi ilə Q.Qarayev adına Uşaq xəstəxanasına apardım. Təcili yardımdan qəbul otağında qeydiyyata düşdükdən dərhal sonra 10 manat ödəməyimi tələb etdilər.


''Sual verdim nə üçün cavabları bu oldu ki gecə növbədəyik verməlisiniz əziyyət çəkirik. Nəysə mən onlara and aman etdim yalvardımkı həkim pulum yox Təcili Yardım məni gətirdi mən pulsuz gəlmişəm. Bir çox söz söhbətdən sonra məcburiyyətdən palatada yer verdilər. Səhər açılan kimi palataya daxil olan tibb işçisi analiz üçün 3 manat ödəməlisən bunada başa saldım ki yoxdur pulum. Arxasınca tibb bacısı gəldi ki, siz gedin uşağa sistem alın, birdə kəpənəyi də alın damara vuranda uşağı incitməsin. Dedim ay həkim axı bura dövlət xəstəxanasıdır bəs nazir Oktay Şirəliyev sərəncam imzalıyıb ki, Səhiyyə pulsuz xidmət göstərir.

Həkim isə öz növbəsində mənə bildirdi ki, Arifə xanım bizə nə deyirlər sizə onu deyirik. Nəysə bir təhər qonşu palatada yatan xanımdan sistemi axşama kimi birini borc alıb qusması dayanmayan övladıma vurdurdum. Kəpənəyi isə digər palatada yatan Biləsuvarlı xanımdan borc almaq məcburiyyətində qaldım. Beləcə dörd gündə hər gündə vurulan sistem üçün məndən sistem tələb etdilər.Hələ hər sistemi vuran ağzını gözünü əyən tibb bacılarını demirəm. İmkanım olmadığından onlara pul vermədiyim üçün isə axırıncı gün də uşağın əlinin üstünü qəsdən üç dəfə deşdilər. Uşağıma əzab verib bununla mənə göz dağı verərək pul verməyənə nə edə biləcəklərini göstərməklə kifayətləndilər. Xəstəxanada yatdığım müddət ərzində 4 sistem və iki antibiotik ümumi qiyməti 100 manat edən müalicə kursu keçdik. 100 manatımız olmasaydı bu gün ola bilər ki, hansısa mənim yerimdə olan valideyin uşağının hələdə o xəstəxanada can çəkişməsini izləyəsi olacaqdı.

Xəstəxanada olduğum müddətdə orda müalicə alan uşaqların və anaların qidalanması isə ümumillikdə heç bir qidalanmadan söz açıla bilməz. Çünki xəstəxanada müalicə alan şəxslərin kənardan yemək gətirməsi məcburiyyətində qalmasına şərait yaradılmaqdadır. Antisanitariyanın höküm sürdüyü Q.Qarayev adına xəstəxananın başsız idarə edildiyi aşkardır. İnfeksiya şöbəsinin hamam və tualetinin bərbad halda olması xəstəxanada yeyintinin yüksək xərcin isə heç olmaması əyani subutdur. Ola bilər ki Səhiyyə nazirliyi xəstəxanaları dərman və qidalarla təmin edir... amma bunun əyani göstəricisi yoxdur.. dildə deyilən yox əməldə görünən danışıla bilər...''-deyə A.Əliyeva qeyd edib.

Baş redaktor Oktay Şirəliyevə səslənərək Q.Qarayev adına uşaq xəstəxanasında verdiyi 100 manatın ödənilməsini xahiş edir: ''Necə çıxışlarınızda dövlət xəstəxanası pulsuzdur deyə qeyd etmisiniz, indidə xahiş edirəm mənə məcbur aldırdıqları dərmanların pulunu nazirlik tərəfindən mənə qaytarılsın''.

Criminal.az xanım jurnalistin Q.Qarayev xəstəxanasında 2-ci korpus 4-cü mərtəbədə olan şəraitlə bağlı çəkdiyi fotoları təqdim edir:

Criminal.az
Tarix: 29-05-2017, 16:32
Xəbəri paylaş





Xəbər lenti