Yazıçı, qəzet redaktoru, qadının alt paltarından pulları necə oğurlayıb?- TƏFƏRRÜAT - FOTOLAR

Yazıçı, qəzet redaktoru, qadının alt paltarından pulları necə  oğurlayıb?- TƏFƏRRÜAT - FOTOLAR Bir zamanlar SSRİ-də bir nömrəli cibgir kimi ad çıxaran “Qızılbarmaq” ləqəbini alan, 70 illik həyatının 25 ilini məhbəsdə keçirən yazıçı, jurnalist, bir sıra kitabların müəllifi, hazırda qəzet redaktoru olan Zaur Zuqumov haqqında olduqca ilginc bilgilər əldə etmişik.
Beləliklə, Gununsesi.info xəbər verir ki, 1947-ci ilin iyulun 1-də anadan olan Zaur Zuqumov 2003-cü ildən Rusiya Jurnalistlər İttifaqının, 2006-cı ildən isə Rusiya Yazıçılar İttifaqının üzvüdür və hazırda həftələlik “Molodyoj Daqestan” qəzetinin kriminal şöbəsinin redaktoru işləyir. Z.Zuqumov “Brodyaqa”, “Banditskaya Maxaçkala”, “Vorovskaya trilogiya” kimi romanların müəllifidir.
İndiyədək onun haqqında çox deyilib və yazılıb. Ancaq bu dəfə biz onun “Qızılbarmaq” kimi tanınmasına səbəb olan, SSRİ məkanında ilk dəfə onu cibgir aləmində ən yüksək pilləyə qaldıran Bakı “əməliyyatı”ndan söz açacağıq.
Bakı əhvalatı barədə danışan Z. Zuqumov bildirib ki, 1960-ci illərin ortalarında ona Bakıda yaşayan bir qadını soymaq tapşırığı gəlir. Belə ki, Zaur o zaman Bakıda erməni dairələrində Merican adlı varlı bir qadını soymaq tapşırığı alır. Merican narkotik maddələrin satışı ilə məğul olurmuş. Onun çoxlu pulu olsa da, kimsə ondan “haqq” ala bilmirmiş. Çünki o pulları öz busqalterində gizlədirmiş.
Merican haqqında və pulları harada necə gizlətdiyi barədə Zaura məlumat verilir. Zaur bir həftə ərzində “ovunu” izləyir . Və bu izləmə ərzində Mericanın pulları necə bustqalterində gizlətdiyinin də şahidi olur. Zaur hətta erməni qadının intim dünyası haqqında da geniş məlumat toplayır.
Merican da pulu oğurlamaq üçün onun boyda bir adam tapır və xeyli sayda bustqalter alır. Həmin adama bu bustqalterləri geyindirməklə məşq edir. Bu işlə bir gün səhər tezdən axşama kimi məşğul olur.

“Bu təlimlərə baxmayaraq, yenə həyəcanlı idim. Ancaq təlim keçdiyim şəxs hər dəfə mənim hərəkətlərimə baxıb xeyli gülürdu. Gülməkdən hətta gözlərinə yaş gəlirdi. Deyirdi ki, Zaur sənin fokusun uğursuzluğa düçar olsa belə, sən heyfislənmə ki, zəhmətin hədər getdi. Sənin bu spektaklın bütün ömrümüz boyu yaddaşımıza həkk olunacaq. Ancaq mən məsələyə tam ciddiyətiylə hazırlaşmışdım”, deyə cibgir qeyd edib.
Z.Zuqumov deyib ki, bununla yanaşı “əməliyyatın” uğurlu alınması üçün şikəst roluna girməli idi: “Bunun üçün də aptekdən lazım olan tibbi ləvazimatlar almalı oldum. Çünki cibgirin gözəl aktyorluq qabiliyyəti olmalıdır. “Ovumun” pulları bustqalterin sol hissəsində saxladığını nəzərə alaraq mən sağ ayağımı çəkməli idim”.
Rac Kapur və əməliyyat
Onun sözlərinə görə, “əməliyyat” ərəfəsində dünyaca məşhur hind aktyoru və müğənnisi Rac Kapur Bakıya gəlmişdi: “Rac Kapur o zaman Moskva, Leninqrad, Kiyev və Bakıda oldu. “Qurbanımın” da Rac Kapurun izləyiciləri arasında olacağına əmin idim. Yəni bunun əksi qeyri-mümkün idi. Ona görə də “qurbanımı” gözləməli oldum və axır ki, gəldi. Rac Kapurla şəhər əhalisininin görüşü Lenin meydanında (İndiki “Azadlıq” meydanı-red.) hökumət evinin qarşısında baş tutmalı idi. O zaman izdiham ora toplaşmışdı. O izdiham arasında Mericanı izləmək mənim üçün elə də asan olmadı. Çünki sağ ayağımı çəkərək, Mericanı gözdən qoymamaq elə də asan məsələ deyildi”. Z.Zuqumov onu da əlavə edib ki, Mericanın xüsusi mühafizəçiləri olub və toplanı zamanı da onun yanında olublar: “Mühafizəçilərin diqqətini yayındırmaq üçünsə digər bir hiyləgərliyə əl ataraq, onların diqqətini yayındırmalı idim. Mən özümü şikəst kimi apardığımı və bəzən özümü ayaq üstündə saxlaya bilmədiyimdən insanlara toxunduğumu onlara hiss etdirdim. Onlar da şikəst olduğumu görüb, Mericana hansısa ciddi təhlükə olmayacağımdan mənə o qədər də əhəmiyyət vermədilər.
Artıq “əməliyyata” başlamaq olar. Bunun üçün cibimdən cib dəsmalı çıxarıb guya alnımı silməyə başladım və bu yolla özümü Mericanın üzərinə yıxmağa çalışdım. Və sol əlimlə “işə” başladım. Özümü Mericana elə göstərməyə çalışdım ki, guya basırıq olduğundan məni sıxırlar və müvazinətimi saxlaya bilmirəm. Yəni şikəst olduğumdam ayaq üstə dayana bilmirəm. Bunu görən Merican məni sol əli ilə qucaqladı. Məni özünə sıxarkən dedi: ”Məndən tut ki, səni sıxıb əzməsinlər. Ancaq bura bax, məni qıdıqlama, mən qıdıqdan çox qorxuram”. Bax bundan sonra “əməliyyatı” kimsə hiss etmədən uğurla həyata keçirdim.
Bu hadisə o zaman cibgir və oğrular aləmində çox böyük bir sensasiya kimi qarşılandı. Yəni mümkün olmayan şəraitdə belə bir “əməliyyatı” keçirmək elə də asan məsələ deyildi”.
Qeyd üçün onu da deyək ki, Zuqumov Azərbaycan məhbəslərində iki dəfə məhkumluq həyatı yaşayıb. İlk dəfə 1964-cü ildə, ikinci dəfə isə 1987-ci ildə. Bakı məhkəməsi bir neçə ölüm hadisəsində təqsirli bilinən Zaur Zuqumov barəsində ölüm hökmü çıxarır. 6 ay ölüm kamerasında yatan Zaur Zuqumov 1988-ci ildə həbsdən çıxır. Buna da səbəb həqiqi cinayətkarların təsadüf nəticəsində həbs olunması olur.
Sonuncu dəfə 1996-99-cu illərdə Butırkada məhkum həyatı yaşayan Zuqumov həbsdən azad olduqdan sonra Misirdə vərəm xəstəliyindən müalicə alır. Ancaq 2001-ci ildə Rusiyaya dəvət alır. Və hazırda Mahaçkalada yaşayır və işləyir. Yaxın vaxtlarda isə 70 illiyi qeyd olunacaq. Zaur Zuqumov məhbəs həyatı və kriminal aləmlə bağlı bir sıra əsərlər yazıb. Yazıçı, qəzet redaktoru, qadının alt paltarından pulları necə  oğurlayıb?- TƏFƏRRÜAT - FOTOLAR
Yazıçı, qəzet redaktoru, qadının alt paltarından pulları necə  oğurlayıb?- TƏFƏRRÜAT - FOTOLAR
Yazıçı, qəzet redaktoru, qadının alt paltarından pulları necə  oğurlayıb?- TƏFƏRRÜAT - FOTOLAR
Tarix: 30-05-2017, 18:10
Xəbəri paylaş





Xəbər lenti