İrəvanı qorxuya salan Azərbaycan KƏŞFİYYATÇISI – Ermənistan mediasında FOTOLAR

İrəvanı qorxuya salan Azərbaycan KƏŞFİYYATÇISI – Ermənistan mediasında FOTOLAR İrəvanı qorxuya salan Azərbaycan kəşfiyyatçısı Ermənistan mediasında: “Onlar tir-tir əsirdi”
Ermənistan mediası Azərbaycanın xüsusi təyinatlı dəstənin baş leytenantı Ülfət Həsənovun erməni əsgərləri haqda dediyi sözləri dərc edib. “hetaqrqir-lur” saytı Ü.Həsənovun “armenia.az” saytına açıqlamasında erməni əsgərlərin azərbaycanlı əsgərlərin qarşısında qorxaraq qaçdığı haqda dediklərini yayıb.

“Erməni əsgərlər bizim əsgərlərdən qorxurlar və tez-tez qabağımızdan qaçırlar. Onların bizimlə döyüşmək gücü yoxdur. Ordumuzla döyüşmək gücündə olmadıqları üçün əllərində yalnız dinc əhalini narahat etmək gəlir. Ordumuzun qarşısında isə sarsıntı keçirirlər”, – deyə Azərbaycan kəşfiyyatçısı vurğulayıb.

Ü.Həsənov qeyd edib ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür: “Biz düşməni tamamilə məhv etmək və torpaqlarımızı azad etmək gücündəyik. Bizdə ən müasir silahlar, avadanlıq, peşəkar kadr və mənəvi güc var”./Publika.az/
Qeyd edək ki, Ü.Həsənov iki il öncə cəbhədə yaralandığı üçün təqaüdə çıxıb. İrəvanı qorxuya salan Azərbaycan KƏŞFİYYATÇISI – Ermənistan mediasında FOTOLAR
İrəvanı qorxuya salan Azərbaycan KƏŞFİYYATÇISI – Ermənistan mediasında FOTOLAR
İrəvanı qorxuya salan Azərbaycan KƏŞFİYYATÇISI – Ermənistan mediasında FOTOLAR
Tarix: 31-05-2017, 01:13
Xəbəri paylaş





Xəbər lenti