Lənkəranskinin qətlinə fərman: Ermənistan “sxodka”sında verilib - Yayda “müharibə” gözlənilir

Lənkəranskinin qətlinə fərman: Ermənistan “sxodka”sında verilib - Yayda “müharibə” gözlənilir Yay kriminal aləm üçün çox “qızmar” keçəcək”.

Cebhe.info xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində “oğru aləmi”nin adı açıqlanmayan üzvü deyib.


Onun sözlərinə görə, kriminal generallar arasında müharibə başlayır: “Şakro Molodoy Ermənistanda nəsə xoşagəlməz söz dedi (“qanuni oğru”ların İrəvanda keçirilən son böyük “sxodka”sı nəzərdə tutulur- red.)və bu, kimlərəsə mane oldu. Onu dərhal “saxladılar”, daha sonra Rövşən Lənkəranskini öldürdülər. Maraqlıdır ki, üçüncü gediş nə olacaq? Niyə hec kəs yazmır ki, Qoca azadlıqdadır? Maraqlıdır ki, azadlığa buraxılan hər kəsi ölkədən çıxarırlar, onu isə saxlayıblar”.

“Oğru” Qocanın həbsdə olduğu müddətdə başqa bir azərbaycanlı “oğru” Vaqif Süleymanova qarşı çıxmağa hazırlaşması barədə məlumatlarla razılaşmayıb: “Qocanın o qədər gücü var ki, Vaqifə qarşı çıxsın? Bu gülməlidir. Şakro Ermənistanda Cemo haqqında da demişdi ki, o, artıq "oğru" deyil”.

Qocanın kriminal aləmə liderliklə bağlı Oleq Şişkanovla görüşdüyü, Pan ləqəbli Viktor Panyuşinin yanına Kurska getməsi barədə məlumata münasibət bildirən müsahib "Pan bu yaxınlarda Arik Mixaelinin yanında İsraildə olub. Arik ağıllı adamdır" deyib.

Mühasib bildirib ki, R.Lənkəranskinin Türkiyədə böyük maliyyə mənbəyi olub: "Türkiyədə maliyyə olmasa, yaşamaq çox çətindir. Oğruların pulu olmayan yerdə münaqişələr də çox olur. Rövşən bunu balanslaşdırırdı. İndi Türkiyədəkilərin 97 faizi bir-birinə nifrət edir. Orda onlar acıdırlar. Mən Oniani-Cvanqeladze klanını nəzərdə tuturam. Tərəflərdən biri başlayan kimi müharibə başlayacaq. Əgər bu başlayarsa, onlar heç vaxt sülh elan etməyəcəklər. Təsəvvür edin ki, Şakro qayıtdıqdan sonra 3 il ərzində bu olmadı. Artıq 3 ildir ki, müharibə yoxdur. Heç yerə, hətta Rusiyada da. Avropa və Türkiyədə də sakitlikdir”.
Tarix: 31-05-2017, 22:50
Xəbəri paylaş





Xəbər lenti