Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR

Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR Yay fəsli bəzi insanlar üçün tətil və istirahət dövrü olsa da, bir çoxları üçün də ən çətin çalışma dövrüdür. Ölkə xaricinə, rayonlara səfər edib istirahət edənlərlə yanaşı yayın cırhacır istisində paytaxt küçələrində dolanaraq gündəlik çörəkpulunu qazanmağa çalışanlar da var. Artıq yay günəşi altında qovrulmağa başlayan bu insanlar açıq havada işləmək məcburiyyətindədirlər. Onlar qızmar günəş altında sözün həqiqi mənasında dəridən-qabıqdan çıxırlar. Bu kateqoriyaya avtodayanacaq nəzarətçiləri, dispetçerlər, taksi sürücüləri, su satanlar, reklam paylayanlar və küçə alverçiləri daxildir.

Musavat.com-un müxbiri Bakı küçələrini gəzərək, qızmar yay günlərində iş başında olan bu insanlarla həmsöhbət olub.
Nizami rayon ərazisindəki “8-ci kilometr” bazar yaxınlığında limon satan qadınlar, açar düzəldən ustalar, səyyar satıcılar, süpürgəçilər, dispetçerlər və sair peşə sahibləri onları bu əziyyətə qatlaşmağa vadar edən səbəblərdən danışırlar. Deyirlər ki, bir tərəfdən yay fəslinin gəlişinə sevinirlər. Çünki bazarda canlanma olur, digər fəsillərlə nisbətdə gəlirləri artır. Ancaq bir tərəfdən də əziyyətləri iki qat çoxalır. Qeyd edək ki, bu insanlar əsasən əhalinin aztəminatlı hissəsinə aiddirlər.
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

Məğrur MƏRD
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Yayın qızmar günəşi altında çörəkpulu qazananlar: Limon satanlar, dispetçerlər...VİDEOREPORTAJ, FOTOLAR
Tarix: 4-06-2017, 23:45
Xəbəri paylaş





Xəbər lenti