Əlillər nazirlik önündə aksiya keçirdi

Əlillər nazirlik önündə aksiya keçirdi Bu gün, iyunun 6-da bir qrup əlil Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları pensiyaların artırılmasını, kommunal xərclərdən azad edilmələri və müalicələrinin gücləndirilməsini tələb ediblər.

Nazirliyin məsul şəxsləri aksiya iştirakçılarının önünə çıxıblar. Onlar müraciətin yazılı şəkildə verilməsini istəyiblər. Ancaq aksiya iştirakçıları nazirlə görüşmək istədiklərini bildiriblər. Məsul şəxslər isə nazir Səlim Müslümovun ezamiyyətdə olduğun bildiriblər.

«Gələn həftə gəlin, 5-6 nəfər olun. Ya nazir, ya da nazir müavini sizi qəbul etsin»,-deyə onlar bildiriblər.

Ancaq əlillər vurğulayıblar ki, tələblərini mart ayında da görüşüb çatdırıblar. Ancaq hər hansı yenilik yoxdur. Nazirliyin rəsmiləri isə bildiriblər ki, bu məsələ qısa müddətə həll edilə bilməz:

«Məsələni siyasiləşdirmək lazım deyil», – deyə onlar əlillərə irad tutublar.

Nəhayət tərəflər razılığa gəliblər ki, gələn həftənin ikinci günü əlillərin kiçik bir qrupu nazirliyə gəlib bu məsələni müzakirə etsinlər.

AzadlıqRadiosu
Tarix: 6-06-2017, 15:18
Xəbəri paylaş





Xəbər lenti