Nədən məmurlara nifrət?

Nədən məmurlara nifrət? Bəlkə də Azərbaycan yeganə ölkələrdəndir ki, bu ölkə də məmurlara fərqli yanaşma var və bu yanaşma bəzi hallarda nifrət həddini belə aşır. Maraqlıdır, bunun səbəbi nədir?. Sözsüz ki, ilk növbə də məmurlarla kütlə arasında dərin bir uçurumun yaranması birinci səbəbdir. Bunun isə bir başa səbəbkarı elə məmurların özləridir. Prezident İlham Əliyev dəfələrlə müşavirələr də məmur ordusuna müraciət edərək xalqın yanında olmağı tapşırır, harınçılığa yol verməməyi, belə halla rastlaşarsa həmən məmurları vəzifələrindən azad edəcəyini bildirir. Amma bunun da bir faydası olmur. Çünki əksər məmur xalqa canlı kimi yox, bir vasitə kimi yanaşır. Ən elementar bir işi belə minnətlə görməyə alışan məmur korpusu nəticə də nifrətin hədəfinə çevrilir. Halbu ki, ASAN xidməti yaranandan sonra anlaşıldı ki, xalqın yanında olmaq mümkündür və bununla da xalqın rəğbətini qazanmaq olar. Amma rüşvətə, korrupsiyaya alışan bir çox məmurlar əslində özlərindən aslı olmayaraq bunun əksini edirlər. Bundan başqa bu günün məmur korpusu istənilən an məsuliyyətdən kənarda qalmağa çalışırlar. Ölkədə hansısa gərgin vəziyyət yarananda nəyin şahidi oluruq? Prezidentdən və bir neçə siyasidən başqa meydan da bir nəfər də olsa görmək mümkün deyil. Sanki bu ölkə də hansısa bir sahəyə rəhbərlik etmirlər və buna görə də heç bir məsuliyyətləri yoxdur. Bu isə kifayət qədər təhlükəli haldır. Hətta bəzən elə məqam yetişir ki, ciddi post sahibi olan məmurlar öz ölkələrinin yox, hansısa qonşu ölkənin maraqlarını daha ciddi cəhdllə müdafiə edirlər. Bütün bunlar isə sözsüz ki, nə zamansa mənfi fəsadlarını göstərəcək. Elə buna görə illər öncə Heydər Əliyev bəzən canlı yayımlanan müşavirələr də elə məmurlar olurdu ki, onları elə zaldanca qovurdu. Və xalq bunu alqışlayırdı. Görünür yenə o zaman yetişib. Düzdür, illər öncə prezident İlham Əliyev kadrların gəncləşdirilməsi prosesinə start verdi. Xarici ölkələr də ciddi təhsil görüb gəlmiş gənclər üçün bir müddət qapılar açıldı. Amma təssüf ki, bu davamlı olmadı və nəticə də korrupsiyalaşmış tərəf yenə öz gücünü qoruyub saxlaya bildi.

Eldəniz Elgün
Tarix: 6-06-2017, 15:24
Xəbəri paylaş





Xəbər lenti