Qızına bahalı toy edən rəislə bağlı – Rəsmi açıqlama

Qızına bahalı toy edən rəislə bağlı – Rəsmi açıqlama Azərbaycan baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yayılan məlumatlara münasibət bildirib.

Report-un xəbərinə görə, K.Əliyev deyib ki, Q.Şükürovla bağlı Baş İdarəyə müraciət olunmayıb:

“Baş idarə tərəfindən istənilən müraciətlə bağlı rəsmi araşdırma aparılır. Belə araşdırmalar olanda ictimaiyyətə də açıqlayırıq. Konkret bu məsələ ilə bağlı müraciət olunmayıb. Əgər bununla bağlı baş idarənin məlumatı yayılmayıbsa, deməli, müraciət edilməyib”.
Tarix: 6-06-2017, 21:43
Xəbəri paylaş





Xəbər lenti