Nazir Adil Kərimli haradadır? – Açılışa buraxılmadı


Mədəniyyət naziri Adil Kərimli niyə rəsmi tədbirə buraxılmadı?

Bu gün  el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı mərasimi keçrilib. Ölkə başçısı İlham Əliyev və oğlu Heydər Əliyev açılış mərasimində iştirak ediblər.
XALQ.AZ xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimov iştirak etməyib. Adətən abidə və mədəniyyət xadimlərinin heykəl açılışlarında protokol xidmətinə uyğun olaraq mədəniyyət naziri iştirak ediblər. Lakin bu dəfə nazir ölkə başçısının tədbirində, açılışa buraxılmayıb. Həmçinin nazirlikdən heç bir rəsmi şəxs tədbirdə iştirak etməyib. Əldə etdiyimiz məlumata nazirlik Aşıq Ələsgərin abidəsinin açılışını hansısa səbəbə görə gecikdirirmiş Lakin ölkə başçısının müdaxiləsi ilə el sənətkarının abidəsinin açılışı baş tutub.

Mədəniyyət nazirliyində məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.
Tarix: Bu gün, 17:07
Xəbəri paylaş





Xəbər lenti