Arvadı erməni olan məmurların anti-Azərbaycan ssenarisi nədir? - Sensasiya

Arvadı erməni olan məmurların anti-Azərbaycan ssenarisi nədir? - Sensasiya Deputat Siyavuş Novruzov Rusiya-Azərbaycan arasında gərginlikdən danışıb. Millət vəkili bəzi nüanslara diqqət çəkib

Ulus.Az xəbər verir ki, S.Novruzov Azərbaycanda olan bəzi şəxslərin ölkəmiz əleyhinə iş apardığını söyləməklə yanaşı onların arasında arvadı erməni olanların varlığına içarə edib.

Sitat: “Rusiyada müəyyən qüvvələr var ki, Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına cəhd göstərir və addımlar atır. Təbii ki, bunun arxasında erməni lobbisi, ermənilərlə əlbir olanlar, arvadı, anası erməni olan məmurlar dayanır.

Bu gün Azərbaycanda da özünü "azərbaycanlı” adlandıran insanlar var ki, münasibətlərin korlanmasına cəhd göstərirlər.

Azərbaycan müstəqil siyasət yeridən bir ölkədir və Azərbaycanda cənab prezidentin apardığı siyasət sırf Azərbaycan xalqının maraqlarının müdafiəsi ilə bağlıdır”.

Siyasi ekspertlər, ümumiyyətlə, son zamanlar Rusiyadan Azərbaycana qarşı müxtəlif yollarla psixoloji təzyiqlərin göstərildiyinə diqqət çəkirlər.

ÜAK-ın sənədlərində guya problem olmasının ortaya atılması da belə təzyiqlərin bir forması sayılır və iki ölkə arasında strateji tərəfdaşlığa əslən adekvat hesab edilmir. Yəni, problemi Rusiya yaradıb.

Azərbaycan tərəfi isə şantajla üz-üzə qalıb. S.Novruzovun isə anası, arvadı erməni olan məmurlar mesajı həm də Rusiyada yaşayan müəyyən şəxslərə ünvanlana bilər. Çünki onlar anti-Azərbaycan ssenaridə iştirak edirlər.

Ulus.Az xəbər verir ki, Kremlin təzyiqlərinin məqsədi rəsmi Bakdıan qoparmaq istədikləridir.

Moskva tələb edir ki, Azərbaycan müstəqil siyasət yürütməsin, Ermənistan kimi ayağını mənə bağlasın. Prezident İlham Əliyevin xarici siyasətdə müstəqil addımları Rusiyanın xoşuna gəlmir.

Ona görə də bu təzyiqlər seçkilərə görə olmaya bilər. Sadəcə, şimal qonşusu Azərbaycanın ondan uzaqlaşaraq Avropaya inteqrasiya siyasəti yürütməsini istəmədiyini deməyə çalışır.

ABŞ-Azərbaycan əlaqələrində yeni səhifənin açılması, Tramp-Əliyev münasibətləri də Moskvanın ürəyincə olmaya bilər. Hər halda yaxşı olar ki, bu gərginlik dayansın.

O səbəbdən hər iki tərəfin, ələlxüsus da Rusiya tərəfinin maksimum diqqətli olması gərəkir. Hər necə olmasa, münasibətləri korlamaq qat-qat asandır, nəinki onları bərpa eləmək.

Hələ də normallaşmayan Gürcüstan-Rusiya münasibətlərində bunu əyani görmək olar. Ümid edək ki, vəziyyət pis ssenari üzrə inkişaf etməyəcək. Çünki Azərbaycan bu gün Rusiyaya Ermənistandan heç də az gərək deyil.

Bu xüsusda iki ölkə münasibətlərini korlamaq gücündə olan bir neqativ sonucdan qaçmaq, təxribat xarakterli bir cəhdi durdurmaq üçün Azərbaycandan Rusiyaya rəsmi nümayəndə heyətinin göndərilməsi də yalnız işin xeyrinə olardı.

S.Novruzov isə demək istəyir ki, erməni qarışığı olanlar Azərbaycanımıza qarşı olan məkrli planların qurulması və tətbiqində iştirakdan uzaq dursunlar.

Siam.az
Tarix: 9-06-2017, 11:06
Xəbəri paylaş





Xəbər lenti