Rövşən Lənkəranski haqqında məxfi sənədlər açıldı

Rövşən Lənkəranski haqqında məxfi sənədlər açıldı Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski haqqında qısametrajlı sənədli film hazırlanıb.

"Qaynarinfo"nun baku.ws-ə istinadən verdiyi məlumata görə, “qanuni oğru” haqqında çoxlarının bilmədiyi məlumatların açıqlanacağı filmdə məxfi qovluqlardakı materiallardan istifadə olunub.

Lənkəranskinin Ded Xasanı öldürtməsindən Türkiyədəki sui-qəsd hadisələrinə kimi bütün cinayətlər haqqında maraqlı məqamlar açıqlanıb.

Lənkəranskinin həyatından bəhs edən film ARB TV-də iyunun 10-da, saat 23:00-da efirə gedəcək.
Tarix: 9-06-2017, 16:12
Xəbəri paylaş





Xəbər lenti