Dəlilik kağızı olan müəllim işə necə götürülüb?

Dəlilik kağızı olan müəllim işə necə götürülüb? Məlahət Mürşüdlü: “O müəllimi işə götürən şəxslər inzibati qaydada cəzalandırılmalıdır”

“Həmin müəllimin dəlilik kağızının olub-olmamasını dəqiqləşdirmək lazımdır”.


Bunu Sherg.az-a Göyçayda müəllimin 11 yaşlı şagirdi döydükdın sonra dəlilik kağızının olduğunu iddia etməsinə münasibət bildirərkən “Azad Müəllimlər” birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib.

Onun sözlərinə görə, həqiqətən, müəllimin dəlilik kağızı varsa, onun xəstəliyinin hansı dərəcədə olması da aydınlaşdırılmalıdır:

“Bu dərəcələrə uyğun həmin müəllimin məktəbdə, ümumiyyətlə, dövlət müəssisələrində işləyə biləcəyini dəqiqləşdirilir.

Ola bilər, həmin müəllimə emosional şəkildə bunu deyib, heç bir kağızı yoxdur. Varsa, sözsüz ki, müəllimənin məktəbə necə düşməsi araşdırılmalıdır. Müəllimənin məktəbdə işləməzdən əvvəl hansı fəaliyyətlə məşğul olması, haqqında ittihamlar olub-olmaması, məktəbdə işlədiyi müddətdə şagirdləri döyməsi faktları araşdırılmalıdır. Nəticədə haqqındakı ittihamlar təsdiqini taparsa, dərhal məktəbdən azad edilməlidir. Belə adamlara cəza da düşmür, sadəcə müalicəyə göndərilməlidir. O müəllimi işə götürən şəxslər isə inzibati qaydada cəzalandırılmalıdır”.
Tarix: 9-06-2017, 22:40
Xəbəri paylaş





Xəbər lenti